Ana səhifə / Siyasət / Libermanın başı üzərində “qara bulud”lar: İsrail-Azərbaycan münasibətləri necə olacaq?
Foreign Minister Avigdor Liberman speaks during the Foreign Affairs and Security Committee meeting at the knesset discussing the operation 'Protective Edge,' on August 4, 2014. Photo by Flash 90

Libermanın başı üzərində “qara bulud”lar: İsrail-Azərbaycan münasibətləri necə olacaq?

İsrailin “Haaretz” qəzeti bu günlərdə belə bir material dərc etmişdi ki, keçmiş müdafiə naziri, “Bizim evimiz – İsrail” partiyası”nın sədri Aviqdor Liberman öz mövqelərini itirir və yaxın vaxtlarda həm onun özünə, həm də partiyasına İsraildə siyasi zərurət qalmayacaq.

İsrailin Azərbaycan, eləcə də Rusiya ilə münasibətləri hansısa mərhələdə Liberman və onun komandasının təşəbbüsləri və addımları ilə dəstəklənib. Sputnik Azərbaycan İsrail nümayəndələri ilə əlaqə saxlayaraq bu ölkələrin gələcək münasibətlərinin necə olacağı ilə maraqlanıb.

“Azərbaycanın İsrail siyasətində baş verən hadisələrdən narahat olması üçün heç bir səbəb yoxdur” – deyə “Azİz” Azərbaycan-İsrail beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak bildirib.

“Haaretz” sol baxışlı qəzet, Liberman isə sağ yönümlü siyasətçidir

“Hazırda İsraildə seçkiqabağı kampaniya başlayıb. “Haaretz” sol baxışlı qəzetdir. Liberman isə ultra olmasa da, sağ yönümlü siyasətçidir” – deyən həmsöhbətimiz seçkiqabağı dövrdə qəzetlərin yazdığına çox da fikir verməməyə çağırıb.

“Fikrimcə, yaxşıdır ki, son hadisələr gələcəkdə baş verəcək hadisələrin yeganə doğru göstəricisidir. Xüsusilə də oktyabrda İsraildə keçirilən bələdiyyə seçkiləri” – Spivak deyib.

Генеральный директор международной ассоциации Израиль-Азербайджан Азиз Лев Спивак

© SPUTNİK / KEMALE ALİYEVA”Azİz” Azərbaycan-İsrail beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak

Onun qənaətinə görə, bələdiyyə seçkilərində Libermanın rəhbərlik etdiyi partiyanın mövqeləri əhəmiyyətli dərəcədə güclənib: “Bu gün həmin partiyadan üç mer var. Onların biri Yerusəlimin meridir. Bundan əlavə, 26 mer müavini Libermanın partiyasındandır. Maalot-Tarşiha şəhərinin meri Arkadi Pomeranets isə bakılıdır”.

Bundan əlavə Spivak bildirib ki, İsrailin 30 şəhərinə Libermanın partiyasının nümayəndələri rəhbərlik edir. Ümumilikdə, ölkənin 60 şəhərinin başında “Bizim evimiz – İsrail”in təmsilçiləri dayanır.

“Ona görə də Knessetdə “Bizim evimiz – İsrail” partiyasının mövqelərinin pisləşməsini iddia etmək üçün heç bir əsas yoxdur. Əksinə bu mövqelərin yaxşılaşmaq imkanı var” – deyə “Azİz”in rəhbəri bildirib.

“İsrail siyasətində və Libermanın ətrafında baş verənlərin fonunda bir sıra qüvvələrin qondarma “erməni soyqırımı”nın tanınması məsələsini Knessetin gündəminə yenidən gətirmə ehtimalı varmı?” sualına cavabında isə Spivak vurğulayıb ki, seçkiqabağı dövrdə belə qanunlar qəbul edilmir.

“Azİz” rəhbərinin sözlərinə görə, bizim “dostlarımız” bu qanun layihəsini adətən hər il aprelin axırlarında irəli sürürlər. Amma bu il onu texniki səbəblərdən irəli sürmək mümkün olmayacaq.

“Əlbəttə, bu o demək deyil ki, onlar öz ideyalarını geri çəkəcəklər” – Spivak deyib. Onun fikrincə, yeni parlamentin ilk sessiyasında bu qanun layihəsinin yenidən baxılmaq üçün gündəliyə daxil ediləcəyini gözləmək olar.

“Lakin onların şansı böyük deyil. Ən azı “Azİz” bizi dəstəkləyən deputatların köməyi ilə bu məsələyə nəzarət etməyə çalışır” – Sputnik-in həmsöhbəti bildirib.

İsrailli politoloq Yuri Boçarov isə öz növbəsində qeyd edib ki, əgər adətən müəyyən partiyaların sifarişi ilə keçirilən ictimai rəy sorğularının nəticələrinə inansaq, Libermanın gələcəyi çox problemli olacaq.

Ekspertin dediyinə görə, sorğunun nəticələrinə əsaslansaq, Libermanın partiyasının reytinqi 8 mandatdan 4 mandatadək düşəcək, yaxud da tamamilə seçki baryerinin altında qalacaq.

“Libermanın gələcəyi onun partiyasının seçki kampaniyasının mövzusundan asılı olacaq. Bu liderin hərbi ritorikası artıq rusdilli mühitdə o qədər də layiqli dəstək almır. Rus ictimaiyyətini əsasən sosial problemlər narahat edir” – Sputnik-in həmsöhbəti bildirib.

Libermanın rolunu şişirtməyə ehtiyac yoxdur

Köhnə nazirin təhlükəli mövqeyinin yuxarıda adları çəkilən iki ölkənin İsraillə münasibətlərinə necə təsir edə biləcəyinə gəldikdə isə Boçarov, İsrailin Azərbaycan, xüsusilə də Rusiya ilə əlaqələrində Libermanın rolunu şişirtməməyə çağırıb.

Politoloq qeyd edib ki, təbii olaraq Libermanın rusdilli olması və bu mentaliteti anlaması, ona MDB siyasətçiləri ilə daha uğurlu əlaqələr qurmaqda kömək edir.

“Mənim baxışım belədir ki, bizim ölkələrimiz arasındakı yaxşı münasibətlərin əsasında geopolitik vəziyyətin dərk edilməsi, eləcə də bu münasibətlərin inkişafında şəxsən maraqlı olan baş nazir Binyamin Netanyahunun şəxsində İsrail siyasi rəhbərliyi dayanır” – ekspert deyib.

Həmsöhbətimiz onu da qeyd edib ki, bu münasibətlərlə bağlı müxalifətdən hər hansı tənqid eşitməyib. Onun sözlərinə görə, müxalifət nümayəndələri tez-tez Rusiya ilə qarşılıqlı münasibətlərə dair ayrı-ayrı məsələlərdə İsrail baş nazirinin mövqeyini  tənqid etsələlər də, rus xalqı ilə dostluğun zəruriliyini heç kəs inkar etməyib.

Израильский политолог Юрий Бочаров

© SPUTNİK / MURAD ORUJOVİsrailli politoloq Yuri Boçarov

Boçarovun qənaətinə görə, növbəti seçkidə hakim Likud partiyası böyük üstünlük qazanacaq və təbii olaraq, yeni bir koalisiya yaradacaq. Ona görə də, hakim partiya nümayəndələrinin bir hissəsi Knessetə düşməsə belə, baş nazir dəyişikliyi olsa belə, dövlətin mövcud ümumi siyasəti sabit qalacaq.

“Qeyd etmək istəyirəm ki, Azərbaycan məfhumu bizim strateji tərəfdaşımızdır və bu gün heç kəs ona yenidən baxmayacaq” – politoloq deyib.

Qondarma “erməni soyqırımı” haqqında qanun layihəsinə gəlincə, Boçarov bildirib ki, belə təşəbbüslərlə adətən müxalifətçilər, yaxud da Türkiyə ilə qarşılıqlı münasibətlərdə gərginlik yaranarkən, koalisiyadakı ayrı-ayrı populist əhval-ruhiyyəli millət vəkilləri çıxış edir.

Boçarovun fikrincə, “Bizim evimiz – İsrail” partiyası həmişə bu mübarizənin öncülü olub və Libermanın bu məsələdə yekun mövqeyi həmişə sement rolunu oynayb.

O, həmçinin unutmamağa çağırıb ki, hakim partiyanın dəstəyi və Netanyahunun şəxsi mövqeyi olmasaydı, təkcə “Bizim evimiz – İsrail” partiyası”nın deputatlarının verdiyi səslə bu məsələ Knessetin gündəliyindən çıxarıla bilməzdi.

“Bu gün Türkiyə və Rusiyanın Suriyada oynadığı rolu nəzərə almaqla regiondakı cari geosiyasi vəziyyəti qiymətləndirərkən, İsrailin yeni hökumətinin situasiyanı daha da gərginləşdirməyə gedəcəyini qabaqcadan proqnozlaşdırmaq çətindir” – ekspert deyib.

Rus dünyası Libermanı xilas edəcəkmi?

Yaxın zamanlarda İsraildə Liberman və onun partiyasının siyasi mövcudluğuna ehtiyacın qalmayacağı barədə qəzetlərin yazdığına gəlincə, politoloq qeyd edib ki, bu gün ölkədə hər beş adamdan biri rus dilində danışır. Bundan əlavə, ölkənin rusdilli əhalisinin əksəriyyəti, xüsusilə də gənc nəsil, İsrail cəmiyyətinə həqiqətən də inteqrasiya olunmaq və orada bir çox aparıcı mövqeləri tutmaq istəyir. 

“Bununla yanaşı, ölkədə müəyyən kəsim, xüsusilə də yaşlı nəsildən olan vətəndaşlar var ki, onlar hələ də “rus dünyası”nda yaşamağa davam edirlər, yalnız rus dilində danışırlar, rus dilində olan televiziya verilişlərinə baxırlar və “rus” mağazalarını ziyarət edirlər. Əlbəttə, bu adamlara hakimiyyətin rus dilində danışan nümayəndələri ilə ünsiyyət qurmaq daha asandır. Üstəlik, rus mentallığı, vahid informasiya məkanı və bütün digər amillər İsraildə “rus partiyası”nın mövcud olması şərtini diqtə edir” – Boçarov deyib.

O, həmçinin qeyd edib ki, ölkənin bütün böyük və orta şəhərlərinin bələdiyyələrində məhz rus icmasından olan deputatlar oturub. Onların 40-dan çoxu şəhər merlərinin müavinləridir. Ona görə də, “rus partiyası”nın zəruriliyi məsələsi qaçılmazdır. Ən əsası isə ölkədə bu partiyanın elektoral bazası mövcuddur. Bu bazanın səsinin qələbə üçün yetərli olub-olmaması isə başqa mövzudur. (Sputnik)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …