Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Leyla Yunus məhkəmədə şahidi təhqir etdi

Leyla Yunus məhkəmədə şahidi təhqir etdi

Xəbər verdiyimiz kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə prokuror Fərid Nağıyev ittiham aktını oxudu.

Leyla Yunus ittiham aktı ilə razılaşmayaraq oradakı bir çox faktların təhrif olunduğunu söylədi: “Bir hesabdan digərinə pul köçürülməsi dələduzluq deyil. Biz dələduz deyilik. Özü də bu pullar Azərbaycan hökumətinin pulları deyildi, donor təşkilatların, donorlarla mənim aramdakı pullar olub”.

L.Yunus sonra vəsatətlə çıxış edərək bəzi şəxslərin şahid siyahısından çıxarılmasını tələb etdi. Onun vəsatəti təmin edilmədi.

Daha sonra prosesdə şahidlər dindirildi. İlk şahid – Bakı Şəhər İcra Hakimiyyətinin işçisi olan Zülfəli İsmayılov ifadə verməyə başlayanda Leyla Yunus onun ünvanına təhqiramiz ifadələr səsləndirməyə başladı.

Növbəti şahid Natəvan Hacıyeva ifadəsində bildirdi ki, o, L.Yunusun ofisində qeyri-rəsmi mühasib kimi çalışıb. O, ilkin istintaqa ifadəsini təsdiq etdi.

Növbəti şahid Təhmasib Novruzov da istintaqa ifadəsini təsdiqləyib dedi ki, L.Yunusu hələ 1989-cu ildən yaxşı tanıyır: “Bu adamdan hələ o vaxtdan şübhələnmişdim. Onun ermənilərlə əlaqələrindən şübhələnmişdim. Bu haqda mətbuatda da yazılıb”.

Bundan sonra prosesdə fasilə elan olundu.

*   *   *12:45

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə prokuror Fərid Nağıyev ittiham aktını oxuyub.

Amma Yunuslar ittihamı rədd edərək konkret nədə ittiham olunduqlarını anlamadıqlarını deyiblər.

Proses davam edir. Məlumat yenilənəcək.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın