Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Leyla Yunus ermənilərin tələsinə və öz nəfsinə uyub” – Qabil Hüseynli

“Leyla Yunus ermənilərin tələsinə və öz nəfsinə uyub” – Qabil Hüseynli

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub. “Hüquq müdafiəçisi” Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Arif Yunus ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.

Bir müddət əvvəl isə istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda hökm çıxarılan cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Onların Qərbdəki dəstəkçiləri isə məhkəmənin hokmü ilə bağlı qərara etiraz edərək Azərbaycana qarşı təzyiqlərini gücləndiriblər.

Istintaq materialları əsasında sübut olunub ki, L.Yunus ayrı-ayrı vaxtlarda Ermənistan, Rusiya və Qərbin xüsusi xidmət orqanları tərəfindən verbovka olunub və onun xidmətlərindən Azərbaycana qarşı istifadə edilib. Həmçinin istintaq materiallarında göstərilir ki, Leyla Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olub.

L. Yunus erməni dostu Yunus Davidin vasitəsilə 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant alıb.

Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Nikolas Danilyansın təlimatına əsasən Leyla Yunus Azərbaycanda milli zəmində nifaq salmaq, etnik qarşıdurmalar yaratmaq layihəsini həyata keçirib.

Bəs Leyla Yunusun istintaq tərəfindən üzə çıxarılmış işləri onun Azərbaycan dövləti və cəmiyyəti qarşısında hansı mövqedə olmasına şərait yaratmalı idi?

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli Hafta.az-a açıqlamasında bildirib ki, o da əvvəllər Leyla Yunusu hüquq müdafiəçisi kimi tanıyıb:

“İstintaq zamanı isə sübuta yetirildi ki, xaricdən alınmış qrandlar, bu qrandların mənimsənilməsi halları baş verib. Bu mənimsəmədən də əlavə Leyla Yunus vergi ödəmələri də etməyib. Vergilərdən də yayınıb. Bütün bunlar istintaq materialları əsasında sübuta yetirilib. Bunun əsasında da ittiham oxunub. İstintaq materiallarına görə Leyla Yunusun erməni xüsusi kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə xüsusi münasibətləri olub. Onun 2004-cü ildə Ermənistanın tədqiqatçı Jurnalistlər Təşkilatından 50.000 avro məbləğində iki dəfə qrant aldığı da sübuta yetirilib. Əlbəttə ki, bu biabırçılıqdır. Leyla Yunus əgər düşmən ölkədən, düşmən nazirdən qrant alıbsa, düşmən ölkənin hüquq müdafiəçiləri ilə guya “xalqlararası yaxınlaşma” adı altında tədbir keçirməsinin başqa adı yoxdur. Bu xoşagələn deyil və bütün bunlar ermənilərin Azərbaycana qarşı qurduqları bir tələdir. Leyla Yunus da ermənilərin tələlərini başa düşməyib. Nəfsi onu aldadıb. Bununla da özünü və karyerasını bəlaya salıb. Hesab edirəm ki, onun bu əməlləri gördüyü işlər içərisində ən ağılagəlməzidir”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın