Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət /  Leyla Əliyeva və əkizləri yeni qəfəsin açılışında – Fotolar

 Leyla Əliyeva və əkizləri yeni qəfəsin açılışında – Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooloji Parkında saxlanılan pələng üçün quraşdırılmış yeni qəfəsin açılışında iştirak edib.
“Qafqazinfo”nun məlumatına görə, övladları ilə birlikdə Bakı Zooloji Parkına gələn Leyla Əliyeva burada saxlanılan heyvanların saxlanma şəraiti ilə tanış olub.
 Qəfəs Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə pələngin yaşayış şəraitini yaxşılaşdırmaq üçün quraşdırılıb.
Leyla Əliyeva zooparkda pələngin qeyri-qənaətbəxş şəraitdə saxlanması və bununla əlaqədar tədbir görülməsi xahişi ilə bağlı Bakı sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu nadir heyvan növü üçün müasir tələblərə cavab verən yeni qəfəsin quraşdırılması təşəbbüsü ilə çıxış edib.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın