Ana səhifə / Siyasət / Leyla Əliyeva nazirlərlə seminarda – Fotolar

Leyla Əliyeva nazirlərlə seminarda – Fotolar

Oktyabrın 19-da Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar başlayıb.

Azinforum.az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Milli Məclisin deputatları, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl qurumların birgə innovasiya ekosisteminin təşəkkülü ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …