Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Leyla Əliyeva Londonda

Leyla Əliyeva Londonda

Böyük Britaniya parlamentinin İcmalar Palatasında “Har Hazeitim” adlı tarixi qəbiristanlıq və məkanın qorunması üzrə komitənin təqdimat mərasimi keçirilib.

“ Azinforum.az ” Azərtac-a istinadən xəbər verir ki, Şərqi Qüdsdə yerləşən ən qədim yəhudi qəbiristanlığı hesab olunan “Har Hazeitim”in Mühafizəsi üzrə Beynəlxalq Komitənin tərkibində təsis edilən bu qurumun təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaiştirak edib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, parlamentin üzvü Metyu Offord, Qüds şəhərinin merinin birinci müavini Ravvi Yosef Doyç, Yuqoslaviya kral ailəsinin üzvü, taxt-tacın varisinin həyat yoldaşı şahzadə Katerin, yəhudi icmasının rəhbərləri, qeyri-hökumət təşkilatlarının və dini tolerantlıq sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri də tədbirə qatılıblar.

Tədbirdə Azərbaycanın dini tolerantlıq və dözümlülük sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib, xüsusilə ölkəmizdə yəhudi icmasına göstərilən diqqət və qayğı vurğulanıb.

 

Leyla Əliyeva Londonda

Həmçinin oxuyun

Bakıda taksilərin qiyməti bahalaşdı – VİDEO

Taksilərin qiymətində artım müşahidə olunur. Sürücülər deyir ki, 1999 və 2000-ci il istehsalı olan avtomobillər …

Bir cavab yazın