Ana səhifə / Siyasət / Ledi Qaqa Bakıda 10 dəqiqəyə 2 milyon dollar qazandı

Ledi Qaqa Bakıda 10 dəqiqəyə 2 milyon dollar qazandı

Məşhur amerikalı pop-star Ledi Qaqanın Bakı Birinci Avropa Oyunlarının açılış mərasimindəki çıxışına görə nə qədər qonorar aldığı məlum olub.

Azinforum.az saytı xəbər verir ki, eurosport.com Ledi Qaqanın Bakıdakı cəmi 10 dəqiqəliş çıxışa görə 2 milyon dollar qonorar aldığını yazır. Bildirilir ki, neft gəlirləri sayəsində Şərqi Avropanın ən varlı paytaxtlarından biri olan Bakıdakı çıxışına görə aldığı qonorar hətta Pol Makkartninin London-2012 Yay Olimpiadasının açılışındakı çıxışına görə aldığı qonorardan çoxdur. Pol Makkartni həmin çıxışa görə 1 milyon funt-sterlinq (1.6 milyon dollar) almışdı.

Xatırladılır ki, təşkilatçılar Ledi Qaqanın çıxışına gözlənilməzlik elementi qatmaq üçün onu bir neçə gün Bakıda qaldığı oteldə gizlədiblər. Müğənnidən xahiş olunub ki, oteldən çıxmasın və onun açılışda çıxışı son günə qədər gizl saxlanılıb. Ekstravant pop-ulduz açılış mərasimində güllərlə örtülmüş royalın arxasında oturub və Con Lennonun repertuarından “İmagine” mahnısını ifa edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın