Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / LDU-da “İnsan alveri cinayətlərinin xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirilib

LDU-da “İnsan alveri cinayətlərinin xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Polisə dəstək “ ictimai birliyi insan alveri ilə mübarizə tədbirləri çərçivəsində “İnsan alveri cinayətlərinin xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu” mövzusunda tədbir keçirib.Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbə -müəllim heyəti və Lənkəran rayon polis şöbəsinin əməkdaşları iştirak edib.
Tədbiri dosent İdrak Əsgərov açaraq müasir dünyada insan alverini mütəşəkkil cinayətkarlığın ən ağır forması adlandırıb və mübarizə usulu kimi profilaktik tədbirlərin vacibliyini qeyd edib.Mövzu barədə iştirakçılara “Polisə dəstək “ ictimai birliyinin sədri Şəmsəddin Əliyev geniş açıqlama verib.Məruzəçi bildirib ki,DİN –nin statistik məlumatlarına görə 2016-cı il ərzində 141 insan alveri faktı qeydə alınıb ki,bu da əvvəlki illə müqayisədə 29,4 % çoxdur.Bununla bağlı 15 cinayətkar qrup zərərsizləşdirilib,70 insan alveri qurbanına dövlət tərəfindən birdəfəlik müavinət verilib,25 nəfəri işlə təmin edilib,38 nəfəri peşə kurslarına göndərilib.

 


İnsan alveri ilə mübarizədə ictimaiyyətlə əlaqənin gücləndirilməsini və bu istiqamətdə cinayətlərin qarşısını almaq üçün ictimai dəstəyin təmin edilməsini vacib sayan Ş.Əliyev maarifləndirici xarakterli profilaktik tədbirlərin keçirilməsinin bu işdə mühüm rol oynadığını xüsusi qeyd edib.Çünki bu tədbirlər şəxsiyyət,cəmiyyət və dövlət üçün təhlükəli əməllərdən,sağlamlığa ziyan vuran ,ictimai mənəviyyatın pozulmasına təsir edə biləcək ,hüquqa zidd hərəkətlərdən qorunmaq işinə ictimaiyyətin dəstəyini təmin etmək imkanı yaradır.Mövzunu şərh edərkən konkret həyati faktlara istinad edən məruzəçi gəncləri və qadınları xaricdə iş seçimləri edərkən ehtiyatlı olmağa,bu barədə müvafiq qurumları operativ məlumatlandırmağa çağırıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azinforum.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın