Ana səhifə / Siyasət / “Lavrovun bəyanatı ilə Ermənistana qarşı aparılan xarici siyasət arasında ciddi paradokslar var”

“Lavrovun bəyanatı ilə Ermənistana qarşı aparılan xarici siyasət arasında ciddi paradokslar var”

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova ilə görüşdə Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların dayandırılmasında Ermənistanı ittiham edib.

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər münaqişənin nizamlanması prosesinə maneə törədir. Bu, rəsmi Moskvanın mövqeyidir. Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”-deyə Rusiyanın XİN rəhbəri bildirib.

Hazırda irimiqyaslı müharibə təhlükəsinin yaxınlaşdığı bir vaxtda Ermənistanın strateji müttəfqinin belə bir bəyanat səsləndirməsi maraq doğrur? Lavrov Paşinyanı hədəfə almaqla hansı məqsədləri güdə bilər?

Keçmiş Xarici işlər naziri Tofiq Zülfüqarov “AzPolitika.info”-ya şərhində bildirirb ki, əslində Sergey Lavrovun dediklərində yeni bir şey görmür. O, 10 ildən artıq tarixi olan Madrid prinsiplərində belə təkliflər irəli sürüldüyünü xatırladıb: “Amma Ermənistan bu və ya digər həll variantları ilə bağlı vasitəçilərin bütün təkliflərini rədd edib. Ona görə də Lavrovun bəyanatı ilə Ermənistana qarşı aparılan xarici siyasət arasında ciddi paradokslar var. Çünki Ermənistanın destruktiv mövqeyinə qarşı Rusiya və digər həmsədr ölkələr adekvat reaksiya göstərib ona qarşı sanksiyalar tətbiq etməyiblər. Rusiya daha irəli gedərək işğalçını hərətrəfli dəstəkləyir, onu silah-sursatla, hərbi texnika ilə təmin edir. Bu siyasəti aparmaqla bərabər Ermənistanın hansısa sülh planına razılaşmadığını demək üst-üstə düşmür”.

Keçmiş nazir Lavrovun bəyanatında müsbət məqamlar da görür: “Nazirin dedikləri Ermənistanın hazırki siyasi rəhbərliyinin destruktiv mövqeyini göstərmək baxımından əhəmiyyətlidir.

Ermənistanın mövqeyinə cənab Prezident son çıxışlarında münasibət bildirib və hazırki situasiyanın geniş təhlili verilib. Hesab edirəm ki, bundan sonra Azərbaycan BMT nizamnaməsindən çıxış edərək, 51-ci maddyə istinad etməklə işğal faktını aradan qaldırmaq üçün hərəkət etməli və işğalçıya qarşı güc tətbiq etməldir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …