Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Lavrovun açıqlamasında Azərbaycanı müdafiə edən heç nə yoxdur – ŞƏRH
Ìèíèñòð èíîñòðàííûõ äåë Ðîññèè Ñåðãåé Ëàâðîâ ïðîâåë ïðåññ-êîíôåðåíöèþ äëÿ ðîññèéñêèõ è èíîñòðàííûõ æóðíàëèñòîâ ïî èòîãàì äåÿòåëüíîñòè ðîññèéñêîé äèïëîìàòèè â 2007 ãîäó.

Lavrovun açıqlamasında Azərbaycanı müdafiə edən heç nə yoxdur – ŞƏRH

“Moskva, xüsusən Türkiyə ilə müttəfiqlik münasibətləri bir az da güclənmiş Azərbaycanı itirmək istəmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Rusiya Xarici İşlər naziri Sergey Lavrovun iyul ayında Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginlik zamanı döyüşlərin başlanmasına görə Ermənistanı ittiham etməsini şərh edərkən deyib. 
İlkin Həsənli bildirib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Tovuz təxribatıyla bağlı açıqlamasında Azərbaycanı müdafiə edən heç bir şey yoxdur:
“Lavrov açıqlamasında Ermənistanın sərhəd keçid məntəqəsini bərpa etdiyini deyir. Digər tərəfdən Tovuz təxribatı dönəmində Ermənistan israrla Azərbaycan hərbçilərinin Ermənistan sərhədinə UAZ-la yaxınlaşdıqları, daha sonra hücuma keçdiyi barədə bəyanat yayırdı. Yəni, Lavrovun bu bəyanatıyla Ermənistanın o zamankı bəyanatı arasında oxşar məqamlar çoxdur. Baxın, bölgədə savaş gedir. Digər tərəfdən Ermənistan Tovuzla sərhədə milli ordusunu yerləşdirib. Bölgəyə sərhədçilər-filan nəzarət etmirlər. Belə olan halda sərhəd keçid məntəqəsinin bərpası kimi iddia nə dərəcədə əsaslı ola bilər. Lavrovun sözündən belə çıxır ki, Ermənistan sülh təşəbbüsü göstərib, sərhəd keçid məntəqəsini bərpa edir, amma Azərbaycan buna qarşı gələrək Ermənistana hücum edir. Rusiya bölgədə hansı oyunun getdiyini özü çox gözəl bilir. Ona görə ki, Tovuz təxribatının təşkilatçısı məhz Moskvanın özü olub. Moskva təkcə 2010-2018-ci illər arasında Ermənistana təmənnasız şəkildə 50 min ton hərbi yardım edib. Bunu Serj Sərkisyanın özü etiraf edir. Bu yardımların içərisinə bir Sərkisyan dönəmində imzalanmış 300 milyon dollarlıq hərbi krediti və bu kredit çərçivəsində İrəvana verilən “İskəndər” raketlərini xatırlayın. Bu raketlər təkcə Azərbaycana görə İrəvana göndərilməmişdi. Digər tərəfdən Tovuz təxribatı öncəsi və sonrasındakı Rusiyadan olan silah tədarüklərinə də diqqət edin. Moskva təxribatdan öncə Ermənistana İordaniya və Serbiyadan silah daşımaqla bərabər, İrəvan Su-30CM-ləri və 200 milyon dollarlıq hərbi kredit verib. Tovuz təxribatından sonra isə Ermənistana silah daşınması davam edib. Bu qədər silah nə üçün lazımdır? Əgər bu ölkəyə bu qədər silah toplanılırsa, demək ki, onun istifadəsi də nəzərdə tutulub”.
Analitik qeyd edib ki, Moskva yenidən iki ölkə arasında hansısa formada savaşa səbəb olacaq:
“Dünyadakı və Moskvanın bufer zonasındakı vəziyyətə diqqət etsək, bunun qaçılmaz olduğunu söyləmək mümkündür. Hər bir halda Moskva xüsusilə Türkiyə ilə müttəfiqlik münasibətləri bir az da güclənmiş Azərbaycanı itirmək istəmir. Moskva bufer zonası saydığı ərazini xüsusilə Türkiyəyə, daha dəqiq desək, NATO-ya vermək fikrində deyil. Buna görə də növbəti Azərbaycan-Ermənistan savaşı bu dəfə açıq Türkiyə-Rusiya qarşıdurması olacaq. Önəmli olan odur ki, tərəflər arasında savaş təkcə cəbhədə yox, həm də ölkə daxilində hansısa bir formada gedəcək. Lavrovun bəyanatında başqa məqam nazirin israrla tərəflər arasında atəşkəsi məhz Moskvanın bərpa etdiyini təbliğ etməsidir. Görünür, Moskva bunun vasitəsilə həm də mesaj verməyə çalışır ki, bizsiz bölgədə sülh mümkün deyil. Amma önəmli olan əsas məsələ Lavrovun açıqlamasında 1994-cü ildə imzalanan atəşkəs müqaviləsi ilə bağlı xatırlatma etməsidir. Lavrov özü də bu xatırlatmanı edərkən həmin atəşkəs razılaşmasının Rusiyanın sayəsində əldə edildiyini deyir. Bilirsiniz ki, bu müqaviləyə həm Azərbaycan, həm Ermənistan, həm qondarma rejimin nümayəndələri imza atıblar. Bəlkə də indi söylədiyim bir az konspirasiya olacaq, amma belə ehtimal yaranır ki, Moskva sanki bu müqaviləni xatırlatmaqla İrəvanın hazırkı mövqeyini rəhbər tutaraq yenidən qondarma rejimi hansısa formada danışıqlara cəlb etmək istəyir. Ən azından Moskvanın son addımları bunu söyləməyə əsas verir. Təkcə türk generalların Bakıya gəlişindən sonra Moskva Baş Qərargah rəisi Valeri Gerasimovu eyni ay içində iki dəfə “Qafqaz 2020” təliminə hazırlığı yoxlamaq adı altında Şimali Qafqaza göndərib”.
İlkin Həsənlinin fikrincə, Moskva bufer zonalarını bəzi yönlərdə yeniləməyə (Belarus və Ermənistandakı proseslər) və bəzi yerlərdə isə onlar uğrunda aktiv qarşıdurmaya hazırlaşır: 
“Kreml çox gözəl başa düşür ki, Azərbaycanın itirilməsi, Qafqazda yeni oyun qaydaları ilə bərabər balansın tam dəyişməsi mənasına gələcək. Digər tərəfdən unutmaq olmaz ki, Rusiya bir neçə ay əvvəl Gürcüstanın timsalında NATO qoşunlarının öz sərhədləri yaxınlığına, xüsusilə Qafqaza yerləşdirilməsinə izn verməyəcəyini və müqavimət göstərəcəyini açıqlayıb. Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, üstəlik, Bakının Türkiyə ilə ittifaq məsələsində qəti mövqe sərgiləyəcəyini ehtimal etsək, Moskvanın bir neçə ay əvvəl Tiflisə dediyi sözləri artıq Azərbaycana da aid etməyin mümkün olduğunu təxmin etmək olar”.
Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuata açıqlamasında iyul ayında Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginliyə toxunub: “Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə nəzarət-buraxılış məntəqəsini reanimasiya etmək cəhdi ağır nəticələrə səbəb olacaq hadisələr zəncirinin başlanğıcı oldu”. 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …