Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Lavrova edilən şikayət nə deməkdir?! – Arzuxan Əlizadə

Lavrova edilən şikayət nə deməkdir?! – Arzuxan Əlizadə

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edib.

Müraciət müəllifləri Erməni faşisti Qaregin Njdenin Ermənistanda və Rusiyada xatirəsinin ermənilər tərəfindən əziz tutulmasına etiraz ediblər.

Yaxşı, bunu başa düşdük. Amma, həmin məktubda bu erməni faşistinə Azərbaycanın Xocavənd rayonunda abidə qoyulmasından Lavrova edilən şikayət nə deməkdir?!

Lavrov kimdir ki, bununla bağlı ona giley edirik? Məgər Xocavənd Azərbaycan ərazisi deyil? Bu nə təslimçilikdir?! Belə yanaşma şəhidlərimizin ruhuna və qəhrəman Azərbaycan əsgərinə hörmətsizlikdən başqa bir şey deyil!

Məktub müəlliflərinə hiddətlə etiraz edirəm və Azərbaycan yetkililərindən o erməni dığasının heykəlinin şəhidlərimizin qanı ilə suvarılmış müqəddəs torpağımızdan dərhal rədd olunmasını tələb edirəm!

AMİP sədri Arzuxan Əlizadə

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …