Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Lapşinin intihara cəhd etməsinin səbəbi açıqlandı

Lapşinin intihara cəhd etməsinin səbəbi açıqlandı

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bloqer Aleksandr Lapşinin təcridxanada intihar etməsi barədə açıqlama yayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rəsmi məlumatda qeyd edilib ki, Cinayət Məcəlləsinin 318.2 və 52.1 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş Lapşin Aleksandr Valeryeviç cəza çəkdiyi müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hüquqlarla tam təmin edilib.

Belə ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan A.Lapşinə bu səfirliklərin ölkəmizdə akkreditə olunmuş nümayəndələri, habelə ailə üzvləri ilə dəfələrlə görüşlər təqdim edilib.

İstintaq dövrü ərzində həbsdə saxlanılan A.Lapşin mütəmadi olaraq həkim nəzarətində olub, tələb olunan səviyyədə tibbi müayinə və müalicə ilə təmin edilib. 10 sentyabr 2017-ci il tarixdə A.Lapşin ekstradisiya məsələlərinin uzanmasını bəhanə gətirərək intihara cəhd edib. Lakin saxlanıldığı istintaq təcridxanası əməkdaşlarının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb və A.Lapşinə lazımi tibbi yardım göstərilib.

11 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq Lapşin Aleksandr Valeryeviçin əfv edilməsi haqda Sərəncam imzalayıb. Sərəncama əsasən A. Lapşin qanunvericiliyin tələblərinə uyğun olaraq cəzasının qalan hissəsini çəkməkdən azad ediləcəkdir.

***

“Report”a xəbər verir ki, A.Lapşin hadisədən sonra dərhal Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

Hazırda A.Lapşinin səhhəti normaldır.

 

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın