Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Lapşinin anası: “Yalvarıram, onu bağışlayın”

Lapşinin anası: “Yalvarıram, onu bağışlayın”

BBC Azərbaycancaya müsahibəsində, bloqçu Aleksandr Lapşinin anası Bella Lapşin oğlunun bu dəfə “düşüncəsiz hərəkət” etdiyini, lakin ümumiyyətlə “heç vaxt həbslə nəticələnəcək hərəkətə yol verməyən insan” olduğunu deyib.

Çərşənbə axşamı axşam saatlarında Azərbaycana Belarusdan xüsusi təyyarə ilə ekstradisiya edilən Rusiya və İsrail vətəndaşı bloqçu Aleksandr Lapşin dövlət əleyhinə yönələn açıq çağırışlar və Azərbaycan sərhədini qanunsuz olaraq keçmə maddələri ilə təqsirləndirilir.

Cənab Lapşinin Azərbaycana ekstradisiya olunmasını mətbuatdan öyrəndiyini bildirən anası, özünün və qızının hadisədən çox kədərləndiklərini deyib.

O həmçinin bildirib ki, Aleksandr Lapşinin ekstradisiyasından sonra, onunla oğlunun şəraiti və ya onun hüquqi baxımdan vəziyyəti barədə heç kəs əlaqə saxlamayıb.

Azərbaycan hökumətinin onun işi ilə bağlı şəfqətli olmasına rica edərək, Bella Lapşin gələn həftə Azərbaycana getmək niyyətində olduğunu bildirib.

“Mən oğlumla görüşməyə çalışacağam”, o, əlavə edib.

Oğlunun azadlığa buraxılmasına dərindən ümid etdiyni deyən Bella Lapşin, Azərbaycan hökumətinə”yalvarıram, onu bağışlayın və əfv edin” deyə müraciət etdiyini bildirib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın