Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Lapşin Bakı İstintaq Təcridxanasına köçürülüb

Lapşin Bakı İstintaq Təcridxanasına köçürülüb

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyi üçün Belarusda saxlanılaraq Bakıya gətirilən bloqer Aleksandr Lapşin Bakı İstintaq Təcridxanasına köçürülüb.

Baş Prokurorluqdan verilən məlumatına görə, A.Lapşin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilib.

Xatırladaq ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloqqer Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb.

Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın