Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Laçından olan ekspert: “Hazırda rayonumuzdayam, möhtəşəm günə şahidlik edirik”

Laçından olan ekspert: “Hazırda rayonumuzdayam, möhtəşəm günə şahidlik edirik”

“Bu möhtəşəm hadisə ilə bağlı hər kəsə gözaydınlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə can sağlığı versin! Allah ordumuzu, dövlətimizi, xalqımızı qorusun”.

Bunu Musavat.com-a Qarabağ qazisi, hüquqşünas, əslən Laçın rayonunun Mayıs kəndindən olan Ərşad Hüseynov deyib. 

“Möhtəşəm bir gündür, möhtəşəm bir tarixi hadisədir. Hazırda Laçındayam. Ordumuzun sayəsində bu hadisəyə canlı şahidlik edirik. Hamımız sevinirik. Gözlədiyimiz möhtəşəm qayıdış baş tutacaq. Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun coğrafi mərkəzində yerləşir. Dövlətimizin iqtisadi imkanları kifayət qədər yüksəkdir. Ona görə də əminik ki, dövlətimizin gücü sayəsində Laçın ən qısa müddətdə əvvəlki qüdrətinə qayıdacaq. Laçında möhtəşəm bərpa işləri aparılacaq. Elə etməliyik ki, düşmən bir daha gözünün ucu ilə belə Laçına baxmağa cəsarət etməsin”. 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …