Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Laçın dəhlizindən heç quş da uçub keçməsin – Rəsul Quliyev

Laçın dəhlizindən heç quş da uçub keçməsin – Rəsul Quliyev

Dağlıq Qarabağ və ümumiyyətlə Azərbaycanın işğal olunmuş ərazilərində bu miqyasda silah-sursatın cəmləşdirilməsi Ermənistanın Azərbaycana qarşı müharibəyə çox ciddi hazırlaşdığından xəbər verir. Çünki bu qədər silah-sursatı müharibə başlayandan sonra Qarabağ ərazilərinə Laçın dəhlizindən gətirmək praktiki mümkün deyil. Nəinki hamısını, heç 15 faizini belə gətirmək mümkün deyil. Hərbi əməliyyatları çətinləşdirən 100-lərlə istehkamların qurulması, lağımların qazılması və sair mühəndis istehkamçı tikintilərin həyata keçirilməsi ermənilərin bu torpaqları heç vaxt Azərbaycana qaytarmaq fikirində olmadıqlarına dəlalət edir. İndi Paşinyanın cinayətkarlarla Şuşada yallı getməsi, “Qarabağ Ermənistandır, nöqtə” deməsinin səbəbi məlum olur. Ermənilər birinci gündən Azərbaycan ordusuna sarsıdıcı zərbə vuracaqlarına və Kür çayına qədər qovacaqlarına inanırdılar. Sonra Azərbaycanı istədikləri müqaviləyə imza atmağa məcbur edəcəklərinə əmin idilər. Amma alınmadı!
Erməni sözü ortaya çıxandan bu günə qədər heç bir döyüşdə qalib gəlməyən, “mənə dəymə gedim öz erməni qardaşlarımı öldürüm” deyənlər hansı tarixi qələbələrinə güvənib Ermənistan ordusunu “məğlub edilməz ordu” adlandırırdı? 1988-1993-cü illərdə düşmənin silahlanmasına göz yuman, “Rusiya bizi qoruyacaq” düşünən Bağırovlar, Vəzirovlar, Mütəllibovlar və Dəmirəl Türkiyəsinə güvənən, vəzifə üstündə dava salan (bu keyfiyyət bu günə qədər kərimlilər, hacılılar, həsənlilər arasında davam edir) Elçibəy qoçuları ilə heç bir hazırlıq olmadan tələm tələsik Rusiyanın əleyhinə siyasət aparmağa başladı və ermənilərə Azərbaycan torpaqlarını verdi! Paşinyan kimiləri də qudurdu…
Rusiya Federasiyasının silahlarının hamısı Sovet dövründə istehsal edilmiş və ya lahiyələşdirilmiş silahlardır. Bu gün məhv edilmiş KUB raket sistemi 1985-ci ildən sonra istehsal olunmur. Yeganə müstəqil Rusiya Federasiyasında istehsal olunan Armata adlı tank lahiyə qüsurlarına görü bu günə qədər istifadə edilmir. Hərbi təyyarələrindən isə heç söhbət gedə bilməz. Hamısı Sovet proyekti əsasında hazırlanıb.
Yazıldığı kimi bizim ordu Laçın dəhlizinin 12 kilometrliyindədirsə o zaman dəhlizi Tank, Artileriya, Qrad, Smerç hətta minomyotlar belə vura bilər. Onlardan başqa hərbi Dronlar, hərbi təyyarələr və sairə. Bir sözlə elə etmək lazımdır ki, o dəhlizdən heç quş da uçub keçməsin. Bu gedişlə Azərbaycan ordusu noyabrın ortalarına qədər Ermənistanı diz üstə çökdürə bilər. Ondan sonra Azərbaycan hərbi texnikasını İsrail texnologiyası ilə modernləşdirməlidir. Aydındır ki, NATO silahları, yəni Leopard tankları, F-35 təyyarələri və ya Apaçi helikopterləri Azərbaycana satılmayacaq. Ermənilərə heç satıla bilməz, çünki birinci ona NATO-nun üzvü Türkiyə icazə verməz, ikincisi isə Ermənistanda Rusiya Federasiyasının hərbi bazası mövcuddur.
1967-ci və 1972-ci illərdə İsrail Misirin 1500-ə qədər T-55 tankını ələ keçirmişdi. Bu tankları metaloma vermədi. Zirehini 2 dəfə artırdı. Sadəcə olaraq bir dəfə doldurulan yanacaqla 400 km gedən tanklar, 200-250 km gedə bilərdi. Ancaq həm o dövrdə, həm də indi qonşuluqda faktiki İsrail tanklarının zirehini deşə bilən silah yoxdur. Azərbaycanın tankları vurulması mümkün olmayan monstrlara çevrilməlidir. Bu zirehi dağıda bilən ABŞ “Jevelin” tipli tank əleyhinə raketlər yoxdur və yaxın vaxtlarda olmayacaq. Ordumuzun hazırlığı, texniki bazası bizim yaramaz qonşularımızı bir də bizimlə müharibə etməyə cəsarət etmməmək fundamenti yaratmalıdır.Rəsul Quliyev, Eks-spiker

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …