Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalıdır” – DEPUTAT

“Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalıdır” – DEPUTAT

“Separatçılar hansısa cəhd göstərsələr də, Laçın dəhlizini boşaltmağa məhkumdurlar”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev mətbuata açıqlamasında deyib.

“Çünki 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalı və Rusiyanın sülhməramlı kontingenti alternativ yola köçürülməlidir”- deyə, deputat sözlərinə əlavə edib.

Onun sözlərinə görə, 20-25 il əvvəl Laçının kəndlərində məskunlaşdırılan Suriya erməniləri ərazini tərk etmək istəmirlər: Səbəb də bölgənin strateji əhəmiyyətə malik olmasıdır. Lakin qeyri-qanuni məskunlaşma olduğundan bütün vasitələrlə ermənilər kəndləri tərk edəcəklər. Əslində, mövcud vəziyyət status-kvonu saxlamaq niyyətindən doğur. Ən əsas isə Rusiya sülhməramlılarının öhdəliklərini sona qədər yerinə yetirməməsidir. Bu baxımdan baş verən insdentin səbəbkarlarından biri Rusiya sülhməramlılarıdır”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …