Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ləman Ələşrəfqızının şikayətinə cavab – MSK qərar verdi

Ləman Ələşrəfqızının şikayətinə cavab – MSK qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd İsmayılova Ləman Aləşrəf qızının müraciətinə baxılıb.

Müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 29, 30 və 43 saylı məntəqələrdə pozuntular müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin edilməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …