Ana səhifə / Siyasət / KXDR: Tramp kimi ağılsız adamla dialoq qeyri-mümkündür

KXDR: Tramp kimi ağılsız adamla dialoq qeyri-mümkündür

Rəsmi Pxenyan ABŞ prezidenti Donald Trampla dialoqu qeyri-mümkün hesab edir.

Bu barədə “France Presse” məlumat yayıb.

Məlumatda bildirilir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) Trampı yalnız mütləq gücün təsir edə biləcəyi adam hesab edir: “Belə ağılsız adamla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər”.

İki ölkə arasında münasibətlər Koreya Mərkəzi Teleqraf Agentliyinin son sutka ərzində KXDR-in ABŞ-ın Quam adasındakı hərbi bazasına raket zərbəsi endirməsi imkanlarına baxması barədə xəbər yaymasından sonra ciddi şəkildə kəskinləşib.

Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib. “Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”, deyə D.Tramp bəyan edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın