Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik parlamentdə gərginlik yaratdı

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik parlamentdə gərginlik yaratdı

Parlamentin dekabrın 29-da keçirilən növbəti plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanun dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Azinforum.az xəbər verir ki, qanun layihəsi haqda məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun bildirdiyinə görə, təklif edilən dəyişikliyə əsasən sözügedən qanunun 19-cu maddəsindəki “təsisçinin və ya məhkəmənin” sözləri “təsisçinin, məhkəmənin və ya “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda teleradio yayımı sahəsində müvafiq dövlət orqanının” sözləri ilə əvəz edilir:

“Hesab edirəm ki, bu, olduqca vacib və əhəmiyyətli dəyişiklikdir”.

Millət vəkili Qüdrət Həsənquliyev isə MTRŞ-lə “ANS” arasında yaranan problemə toxunub və bundan narahatçılğını ifadə edib:

“Hesab edirəm ki, Azərbaycanın ilk müstəqil və özəl telekanalı olan “ANS”-ə qarşı bir qədər ögeylik nümayiş etdirilir”.

Fazil Mustafa da deputat həmkarının mövqeyini dəstəkliyib.

Vitse-spiker Bahar Muradova isə hər iki millət vəkilinin mövqeyi ilə razılaşmadğını bildirib.

O, deyib ki, cəmiyyəti çaşdlıra biləcək ifadələrə yol verilməməlidir.

Qısa müzakirələrdən sonra dəyişiklik qəbul olunub.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın