Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Kütləvi dağıntılar, çoxsaylı qurbanlar və böyük faciə olacaq” – Tomas de Vaal

“Kütləvi dağıntılar, çoxsaylı qurbanlar və böyük faciə olacaq” – Tomas de Vaal

Cənubi Qafqaz məsələləri üzrə ekspert Tomas de Vaalın Birinci erməni informasiya kanalına verdiyi müsahibə. 
“Qarabağ konflikti ətrafında vəziyyət müharibəyə daha çox yaxındır, nəinki sülhə. Azərbaycan Aprel döyüşlərində bir sıra uğurlar qazanıb.
Bu, ölkədə güclü vətənpərvərlik dalğası yaratdı, xalq rəhbərlik ətrafında birləşdi, bu da Əliyevə bir sıra müsbət nəticələr gətirdi. Bu səbəbdən, əgər o hakimiyyətinin legitimliyini yüksəltmək istəsə, cəlbedici görünmək üçün bunu təkrar edə bilər. Amma, hesab edirəm ki, prezident Əiyev ehtiyatlılıq göstərəcək. Məni daha çox konfliktin təsadüfən alovlanması daha çox qorxudur, nəinki düşünülməmiş hərəkətlər. 2016-nın aprelindən sonra  ritorika daha aqressiv olub, təmas xətti daha çox silahlandırılıb. Amma, bu prosesləri iki ölkənin prezidentləri – İlham Əliyev və Serj Sarkisyan idarə edir və əgər prezidentlər öz fikirlərindən imtina etsələr, o zaman situasiya sürətlə dəyişəcək. Əgər prezident Əliyev yenidən seçiləndən sonra qərara alsa ki, danışıqları aktivləşdirsin, çox iş görmüş olar”.
Bu barədə “Karneqi Avropa” fondunun baş elmi işçisi, Cənubi Qafqaz məsələləri üzrə eksperti Tomas de Vaal bildirib və əlavə edib ki, heç kim növbəti ehtimal olunan müharibənin gedişatını tapa bilməz:
“Heç kim qabaqcadan deyə bilməz ki, konflikt necə keçib gedəcək. Yalnız onu proqnozlaşdıra bilərik ki, kütləvi dağıntılar, çoxsaylı qurbanlar və böyük faciə olacaq. Bir gün tərəflərin biri uğur qazana bilər, növbəti gün o biri tərəf. Amma, düşünürəm ki, bir məsələni proqnozlaşdırmaq olar: günahsız qurbanlar çox olacaq”.
Ekspert məsələnin həllini necə gördüyünü, hansı modellə Qarabağ problemini birdəfəlik həll etmək olduğunu da söyləyib:
“Mən hesab edirəm ki, problem o vaxt həll oluna bilər ki, təhlükəsizlik üçün kütləvi şəkildə zəmanət verən olsun. Yəni, bu gün orda yaşayan Qarabağ ermənilərini müdafiə edəcək və əvvəllər orda yaşamış Azərbaycan qaçqınlarının yenidən yurdlarına dönməsinə imkan veriləcək zəmanət formulu. Deməli, təhlükəsizlik məsələri üzrə böyük əməliyyat həyata keçirilməli və mümkün qədər status məsələsini daha uzaq vaxtlara təxirə salmaq lazımdır. Beləliklə, Qarabağ erməniləri de-fakto bu günkü statusu əldə etmiş olacaqlar, azərbaycanlılar isə Dağlıq Qarabağ ətrafındakı rayonlara qayıda biləcəklər. Bu – hər iki tərəfi qane edən yeganə mümkün modeldir, amma tərəflərdən heç biri indiki vaxtda buna hazır deyil. Mən hesab edirəm ki, bu yeganə başa düşülən mexanizm addım-addım hərəkət etməkdir. Əvvəl asan suallar həll olunur, sonra daha mürəkkəb olana keçirlər”. (Moderator.az)

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …