Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Küçə söyüşləri səviyyəsində təhqirlər baş alıb gedir”

“Küçə söyüşləri səviyyəsində təhqirlər baş alıb gedir”

“Azərbaycan hələki, keçmiş Sovet respublikaları arasında işğal edilmiş torpaqlarını azad edən yeganə ölkədir. Əlbəttə bu 44 günlük vətən müharibəsi Azərbaycanın tarixinə qızıl həriflərlə yazılacaq”.

Bunu Azərbaycan parlamentinin keçmiş spikeri Rəsul Quliyeev deyib. O, bildirib ki, heç kim o cümlədən özün də 2020-ci ilin axırına qədər bu torpaqların azad ediləcəyinə inanmırdı. 

“Azərbaycanın az itgi ilə belə ildırım sürətli müharibəsi həm beynəlxalq aləmdə, həmdə keçmiş sovet məkanında, o cümlədən Ermənistanda şok situsiyası yaratdı. 

Ən əsası problemlərin olmasını istəməyən qərb ölkələri hadisələrin belə nəticələnməsindən çox məmnun oldular. Əslində Azərbaycanı dəstəkləyirlər. 

Təəssüf ki, işğal olunmuş ərazilərdən həmişə hökümətin əleyhinə istifadə edən bəzi müxalifəçilər də Ermənistan səviyyədə şoka düşdülər, ancaq köhnə xasiyyətlərindən əl çəkə bilmədilər. 

İndi müharibə bitdi. Ancaq Azərbaycanın qarşısında daha mürəkkəb, daha əzəmətli vəzifələr dayanıb. Bu problemli məsələlər həllini gözləyir. Ən əsas məsələ Ermənistanla bütün sahələri – sərhəddən tutmuş bir daha müharibə etməməyi əhatə edən müqavilənin bağlanmasıdır. 

Bu müqavilənin içərisində Azərbaycan -Naxçıvan- İrəvan dəmir və asfalt yolu razılaşması da olmalıdır. Həmçinin bu yollar Türkiyə asfalt və dəmir yolları transport əlaqələri ilə birləşməlidir. Həmçinin rus sülhməramlı qüvvələrinin regiondan çıxması məsələsi də razılaşdırılmalıdır. Azərbaycanın prezidenti DQ-da yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına heç bir əlavə statusun verilməyəcəyini bir neçə dəfə elan edib. Ermənistan Azərbaycanla dostluq əlaqələri yaratmaq istəyirsə (bu onlara hava və su kimi lazımdır) bunu qəbul etməlidirlər. 

Qarabağda yaşamış ermənilər fərdi şəkildə Azərbaycanın müvafiq orqanlarına müraciət edib vətəndaşlıqlarını təsdiqləyən sənədlər almalıdır. 

İndi Ermənistanda parlament seçkilərini udmaq uğrunda mübarizə gedir. Keçmiş prezidenlər Koçaryan, Sərkisyan və baş nazir Paşinyan arasında kreslo uğrunda küçə söyüşləri səviyyəsində təhqirlər baş alıb gedir. Hakimiyyətə istənilən variantda Azərbaycan və Türkiyəni özünə düşmən hesab edən erməni gələcək. Rəy sorğusu bu adamın Paşinyan və ya Koçaryan olacağını göstərir. Bu məsəlini analiz etmək istəyənlərin “ikisi də bir bezin qırağıdır” teoriyası düzgün deyil və zərərlidir. Bu insanlar fərqlidir. 

Koçaryan Moskvanın adamıdır, həm həbsxanadan azad edilməsi, həm seçki kampaniyasının finanslaşdırılması Putin tərəfindən həyata keçirilir və o Koçaryanı dəstəklədiyini açıq aşkar ermənilərə çatdırmaq istəyir. Koçaryan özünü Rusiyanın bir əyalətinin qubernatoru kimi aparacaq. 

Paşinyan isə Rusiyanın əsarətindən canını qurtarmaq istəyir. Zəngəzur dəhlizinin açılması, sərhədlər barədə müqavilənin bağlanması, Qarabağ ermənilərin statusu barədə bütün məsələlər İrəvanda yox Moskvada həll olunacaqdır. Bir sözlə Azərbaycan Moskvadan asılı vəziyyətə düşəcək. 

Türkiyə ilə münasibətə də Moskva müdaxilə edəcək. Paşinyanla isə dil tapmaq mümkündür. Bu insanların ikisi də eyni bezin qırağı deyildir.

Erməni xalqı Azərbaycanla düşmənçilik etməkdən yorulub və buna son qoymaq istəyir. Ermənilərin əksəriyyəti azı 70 faizi türklərlə düşmənçilik etmək istəmir. Koçaryan kimi yaramaz hakimiyyətə gəlsə, bu məsələləri ermənilər yox Moskva həll edəcək”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …