Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Kremlın Qarabağda Azərbaycana qarşı getməməsinin 3 səbəbi – TƏHLİL

Kremlın Qarabağda Azərbaycana qarşı getməməsinin 3 səbəbi – TƏHLİL

Ser Uinston Çörçillin belə bir sözü var: “Ağıllı insan bütün səhvləri özü etməz – başqalarına da şans verər”. Oktyabr ayının son günündə Rusiya özünün əbədi sızlayan və daima narazı psevdo-vassalı Ermənistana daha bir səhv etmək imkanı yaratdı.

Məsələ ondadır ki, Rusiyanın uzunmüddətli xarici siyasət maraqlarını reallaşdırma strategiyası və taktikasında ən azından əhəmiyyətli bir düzəliş göz önündədir. Belə ki, postsovet tarixində ilk dəfə olaraq, Kreml iştirakçı tərəfin “dəvəti” ilə ərazi münaqişəsində birbaşa iştirakdan imtina edir. 1980-ci illərin sonlarında keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycana münasibətə edilən özünüintihar xəyanətindən, 90-cı illərdə Dnestryanı hadisələr, 2008-ci ildə Gürcüstanla, 2014-cü ildə Ukrayna ilə başlayan hələ də davam edən qarşıdurmadan, habelə Suriyadakı hərbi kampaniya və s. və s.-dən sonra Rusiya ilk dəfə fərqli bir istiqamətdə, daha rasional və öz maraqlarına real cavab verən bir addım atdı – Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmada fərqli davranırdı. Niyə?

Kreml Dağlıq Qarabağdakı vəziyyəti qiymətləndirdi | ENA.az

Bakıda və İrəvanda hər bir taksi sürücüsünün bildiyi ən sadə izahat Rusiya rəhbərliyinin Paşinyan hökumətindən  xoşlanmamasıdır. Ola bilsin bu, mümkün səbəblərdən biridir. Axı Kreml nəinki Paşinyanı dinləmədi, hətta Ermənistandakı “həqiqi” vassallarını da qəbul etmədi. O sırada hətta Putinin dostu Robert Köçəryan qəfildən COVİD-ə “tutuldu” – hansı ki, hər kəsə vaxtilə Robert Sedrakoviçin prezident olduğu dönəmdə, Fransada Azərbaycan Prezidenti ilə danışıqlar zamanı birdən-birə diareyaya (qarın işdəmə) tutulmasını xatırlatdı…

Ancaq səbəblər bu gerçəkliklərdən daha çox, Rusiyanın ətrafında və daxilində yaranan yeni geosiyasi, iqtisadi gerçəklikdə rəhbərlik etdiyi ölkənin maraqlarının Putin tərəfindən dərki ilə əlaqədardır.

Citing virus, Putin delays vote that would extend his rule

Birincisi, Rusiya müxtəlif münaqişələrə müdaxilələrlə əsla güclənmədi. Maddi cəhətdən çox baha başa gələn bu ölkələrdəki münaqişələrdə iştirak onsuz da pandemiya, düşən neft qiymətləri və Qərbin ciddi sanksiyaları ilə üzləşən Rusiya iqtisadiyyatına mənfi təsir göstərdi. Belə bir şəraitdə işğal olunmuş Azərbaycan ərazisindəki Ermənistan tərəfindəki münaqişəyə cəlb olunmaq yalnız maddi baxımdan əlavə xərclər deyil, həm də iqtisadi cəhətdən zərərlidir. Çünki Bakı Moskvanın MDB məkanında münasibətləri dotasiya tələb etməyən və gəlir gətirən nadir tərəfdaşlarındandır.

İkincisi, müsəlman əhalisi olan qonşu bir dövlətin ərazisində müharibəyə cəlb olunmaq bir zamanlar Moskvaya böyük bir ölkənin dağılmasına başa gəldi. Z.Bjezinskinin yazdığı kimi, Əfqan müharibəsi SSRİ-nin süqutunu şərtləndirən əsas amillərdən biri oldu.

Bu gün Moskvanın uzaq Suriyada öz maraqlarını müdafiə etməsi başqa şeydir, müsəlmanların yaşadığı həmsərhəd bölgələrdə bunu etməsi – tam başqa. Yəni dejavü Rusiya üçün nəticələr SSRİ üçün Əfqan macərasından daha gözlənilməz ola bilər.

Üçüncüsü, Rusiyanın Azərbaycan ərazisində hər hansı, hətta gizli bir şəkildə iştirakı qanunsuzluq sayılacaq və Türkiyənin birbaşa müdaxiləsinə səbəb olacaq. Belə bir inanılmaz ssenari isə təkcə Ermənistanda deyil, bir sıra Qərb hökumətlərində də çox arzuolunan idi: təsəvvür edin, onlar üçün iki əsas “baş ağrısı” (Moskva və Ankara) özlərini qarşılıqlı zəifləmə perspektivi ilə “üçüncü” meydançada üz-üzə gəlir!

YENİ MÜHARİBƏ BAŞLAYIR? — Tərəflər növbəti toqquşmaya » AzərTaym  İnformasiya Portalı

Belə bir ssenarini şübhə altına alan Avropadakı nadir siyasətçilərdən biri – Avropa Komissiyasının keçmiş vitse-prezidenti, AB-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi (Xarici İşlər naziri – red.), hazırda Brüggedəki Avropa Kollecinin rektoru, professor Federika Mogerini idi. O, Qarabağdakı qarşıdurmaların başlanğıcında keçirilən konfransların birində oradakı çıxışçılardan birinin Ermənistan-Azərbaycan müharibəsi səbəbindən Rusiya ilə Türkiyənin toqquşacağı ilə bağlı ehtimalı rədd etmişdi. “Bu məsələdə Türkiyə və Rusiya daha tez ortaq dil tapacaq (əgər artıq tapmayıblarsa), nəinki biz avropalılar başqa məsələlərdə bu ölkələrin hər biri ilə anlaşacağıq.
  
Bu fonda mühümdür ki, biz Avropa üçün kritik enerji və nəqliyyat infrastrukturu səbəbi ilə bu vacib regionu öz bəyanatlarımızla itirməyək”, – deyə Mogerini qeyd etmişdi.

Putin-Ərdoğan görüşü bitdi, VİDEO

Həqiqətən, Putinin özünün də etiraf etdiyi kimi, Rəcəb Tayyib Ərdoğanla yaxşı anlaşır. İrəvanın illüziyaları isə Kremlin proqnozlaşdırıla bilən Ankara və Bakı ilə maraqlarının balansı üçün hansısa dəyərdə deyil.

İlham Aliyev kimdir? Azerbaycan Cumhurbaşkanı Aliyev'in siyasi kariyeri… -  Son dakika haberleri

Beləliklə, Rusiya xarici siyasət isteblişmentinin yanaşmalarında gerçəkdən də müsbət dəyişikliklər baş verdi. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sağlam praqmatizm müşahidə edilir. Rusiya Ermənistanı öz suverenliyini yada salmağa və öz taleyini müstəqil həll etməyə çağırdı. “Həqiqi” azadlığa və müstəqilliyə can atan bir ölkə üçün bundan daha yaxşı nə ola bilər?!
Ermənistan yalnız bircə müstəqil addım atdı. Bu isə ona təkcə Paşinyanın eyni adlı partiyasının süqutu hesabına deyil, artıq həm də Azərbaycan torpaqlarının işğalının sona çatması hesabına başa gəlməkdədir. Prezident İlham Əliyevin geosiyasi uzaqgörənliyi və strateji mətanəti, Azərbaycana dost ölkə kimi Rusiyanın real və perspektiv maraqlarının, həmçinin onun liderinin praqmatikliyinin dərki ilə birgə Azərbaycana öz tarixi şansından istifadə etmək imkanı yaratdı. Ali Baş Komandanın rəhbərlik etdiyi ordu bunu uğurla həyata keçirir.

P.S. Yazının rusca orijinalı bu linkdə.

https://minval.az/news/124051739

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …