Ana səhifə / Siyasət / “Kreml məsələnin bitməsini istəmir” – “Lavrov və onun patronuna da bəllidir ki…”

“Kreml məsələnin bitməsini istəmir” – “Lavrov və onun patronuna da bəllidir ki…”

Rusiyalı jurnalistlərdən biri dünən Moskvada ortaq mətbuat konfransı keçirən Ermənistanın və Rusiyanın xarici işlər nazirlərinə belə bir sual verib: “Rəsmi Bakının Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması tələbini necə qiymətləndirirsiniz?” Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi ilə bağlı danışıqlar aparmadığını, İrəvan üçün “Dağlıq Qarabağın statusunun” əsas məsələ olduğu fikrini təkrarlayıb.

Sergey Lavrov isə rusiyalı jurnalistin sualına cavabdan yayınıb, “bu məsələlər tərəflər arasında həll olunmalıdır” kimi qeyri-müəyyən fikir söyləyib.

Faktı şərh edən politoloq Elxan Şahinoğlu bildirir ki, Paşinyan hökuməti Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan imtina etməkdədir, hələ ki, müqavimət göstərir. “Halbuki, Lavrova və onun patronuna da bəllidir ki, Ermənistanla Azərbaycan bir-birlərinin ərazi bütövlüklərini qarşılıqlı olaraq tanısalar, məsələ bitəcək. Ancaq Kreml məsələnin bitməsini istəmir”, – deyə o vurğulayıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …