Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Korrupsiya idarəsinin vəzifəli əməkdaşının qardaşına 8 il cəzs istədilər

Korrupsiya idarəsinin vəzifəli əməkdaşının qardaşına 8 il cəzs istədilər

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

İttihama görə, Namiq Quliyev qardaşı vasitəsi ilə Arif Həsənov adlı şəxsin problemini həll etmək vədi ilə dələduzluq edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 47 yaşlı Namiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilib.

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Prokuror Bamiq Quliyevin 8 il müddətinə azaflıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi mayın 31-nə təxirə salınıb.

İttihama görə, Namiq Quliyev gəmilərin layihələşdirilməsi, inşası, yenidən qurulması, təmiri və sair xidmətlər üzrə fəaliyyət göstərən “Texmarin Limited” MMC-nin direktoru Arif Həsənova qarşı dələduzluq edib. Arif Həsənov indi “MTN işi”ndə də zərəçəkmişdir.

Arif Həsənov şikayətində deyir ki, Akif Çovdarov və adamları onu müflis edərkən, hədə-qorxu gələrək Namiq Quliyev onu bu vəziyyətdən qurtaracağını deyib. A.Həsənov bu məqsədlə də ona 87 min dollar verdiyini söyləyir.

Namiq Quliyev özünü təqsirli bildiyini deyir. Amma söyləyir ki, pulu iş qurmaq adı ilə alıb, MTN-dəki məsələni həll etmək üçün yox, iş görmək üçün alıb. Amma iş alınmadığından pulu qaytara bilməyib.

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın