Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Kontakt Home” yenə fırıldaq işlədib – Şikayət

“Kontakt Home” yenə fırıldaq işlədib – Şikayət

“Kontakt Home” mağazalar şəbəkəsindən tez-tez şikayətlər daxil olmaqdadır Son bir neçə ayda şirkətdən kreditlə məhsul alan vətəndaşlar fırıldaqçılıqla üzləşir. Gundelik-baku.com-un məlumatına görə, Vüqar Qəhrəmanov adlı müştəri şikrət tərəfindən aldadılıb. Onun sözlərinə görə, şəbəkədən mobil telefonuna mesaj gəlib: “Mesajda yazılıb ki, mobil cihazınıza məhdudiyyət qoyulacaq. 2014-cü ildə “28 May”da yerləşən dükanların birindən “İphone 5s” 650 manata nağd aldım. 2 il keçib və bu gün belə bir sms gəlir. Zəng elədim “Kontakt home” şəbəkəsinin hüquq şöbəsinə və məlum oldu ki, bu telefon başqa adamın adına kreditə alınıb. Hazırda da həmin şəxsin “Kontakt Home” mağazasına 109 manat borcu qalıb. Ona görə istifadəsinə məhdudiyyət qoyulacaq”. Qeyd edək ki, buna qədər də şirkətdən xeyli sayda şikayətlər olub. Vətəndaşlar mağazalar şəbəkəsini fırıldaqda ittiham edib. Bu şikayətləri Politika.Az-ın arxivindən əldə etmək mümkündür.

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın