Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Konkret olaraq mən bir aylıq maaşımı…“ – Ziyafət Əsgərov deputatlara çağırış etdi

“Konkret olaraq mən bir aylıq maaşımı…“ – Ziyafət Əsgərov deputatlara çağırış etdi

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov özünün 1 aylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürəcək.

Bu barədə modern.az-a Ziyafət Əsgərov özü məlumat verib.

“Cənab Prezidentin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.  Nəzərə alsaq ki, koronavirusla mübarizə milli təhlükəsizlik, dövlətin təhlükəsizliyi, eyni zamanda, genafondumuzun təhlükəsizliyi məsələsidir, bu məsələnin vacibliyi daha böyük əhəmiyyət kəsb edir. Ona görə hesab edirəm ki, imkanı olan hər bir şəxs bu fonda öz maddi dəstəyini göstərməlidir. Konkret olaraq mən bir aylıq maaşımı bu fonda köçürürəm və deputat həmkarlarımı da buna çağırıram. Koronavirusla mübarizə ilə əlaqədar möhtərəm prezidentimizin bütün tapşırıq və tövsiyələri danışıqsız yerinə yetirilməlidir. Allah xalqımızı və dövlətimizi qorusun!”, – deyə Ziyafət Əsgərov bildirib.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …