Ana səhifə / Siyasət / Kommunal xidmətlərin bahalaşmasının kasıblara dəxli yoxdur – Deputatdan ilginc yanaşma

Kommunal xidmətlərin bahalaşmasının kasıblara dəxli yoxdur – Deputatdan ilginc yanaşma

“Kommunal xərclərin qiymətlərinin artırılması ölkə əhalisinin böyük əksəriyyətinə təsir göstərməyəcək”.
Azinforum.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib. Onun sözlərinə görə, bu artım Azərbaycanın inkişafına çox böyük töhfə verəcək:
“Dövlət büdcəsinə əlavə maliyyə gətirəcək. Neft şirkərinə, “Azəriqaz” və “Azərişıq” İstehsalat Birliyinin büdcəsinə pul gələcək. Vergilərdə artım müşahidə olunacaq. Nəticədə bunlar da büdcəyə əlavə pul köçürəcək”.
R.Quliyev qeyd edib ki, istər rayonlarda, istərsə də Bakı sakinlərinin böyük əksəriyyətində “kombi” istilik sistemindən istifadə etmir: “Elektrik enerjisini də qənaətlə istifadə etmək lazımdır. Bu artımın imkansız və aztəminatlı ailələrə zərbəsi dəyməyəcək”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın