Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Komitədə daha bir dəyişiklik – Aparat rəhbəri çıxarıldı, yeni təyinat oldu

Komitədə daha bir dəyişiklik – Aparat rəhbəri çıxarıldı, yeni təyinat oldu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri dəyişib.

Belə ki, Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay İbrahimov öz ərizəsi ilə işdən çıxıb.

Müvafiq əmrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva Aparat rəhbəri təyin edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov faktı təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Oqtay İbrahimov dələduzluqda ittiham olunan Səfər İmanovun yerinə təyin olunmuşdu.

APA

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın