Ana səhifə / Siyasət / Komitə sədri: “Gürcüstan azərbaycanlılarının əsas problemi cəmiyyətə inteqrasiya ilə bağlıdır”

Komitə sədri: “Gürcüstan azərbaycanlılarının əsas problemi cəmiyyətə inteqrasiya ilə bağlıdır”

Gürcüstanda azərbaycanlıların təhsil, səhiyyə və sosial problemləri ilə yanaşı, ən önəmli məsələ onların yerli cəmiyyətə inteqrasiyası ilə bağlıdır.

“Report” xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov “Xalq qəzeti”ndə dərc olunan məqaləsində bildirib.

Gürcüstanda yaşayan azərbaycanlıların hüquq və azadlıqlarından danışan Komitə sədri, onlarla bağlı problemlərin həlli istiqamətində zəruri addımlar atıldığını deyib:

“Bu ilin iyun ayında dövlət komitəsinin nümayəndə heyətinin Gürcüstanda səfəri zamanı azərbaycanlılar yaşayan bölgələrdə yerli sakinlərlə görüşlər keçirildi, onların problemləri, qayğıları dinlənildi, icra orqanlarının nümayəndələri və bir sıra rəsmi qurumlarda bu məsələlər müzakirə olundu. Həmvətənlərimizin burada təhsil, səhiyyə və sosial problemləri ilə yanaşı, ən önəmli məsələ onların yerli cəmiyyətə inteqrasiyası ilə bağlıdır. Çünki,yalnız cəmiyyətə inteqrasiya etmiş, vətəndaşı olduğu dövlətin dilini, qanunlarını bilən bir toplum öz hüquqlarını qoruya, normal yaşam şərtlərini təmin edə bilər. Eyni zamanda, bu səfər çərçivəsində soydaşlarımızın ilkin tibbiyardımla bağlı problemlərini qismən həll etmək məqsədilə Heydər Əliyev Fondu adından Bolnisi və Qardabani rayonunlarına yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili hədiyyə edildi”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …