Ana səhifə / Siyasət / “Köçaryan-Xaçaturov məsələsi göstərir ki…” – DEPUTAT

“Köçaryan-Xaçaturov məsələsi göstərir ki…” – DEPUTAT

“Azərbaycanda Robert Köçəryan və Yuri Xaçatorovu tanımayan yoxdur. Biri on il Ermənistanın prezidenti, ikincisi isə on il Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub. Ancaq bizlər onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq”.
Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri, deputat Aydın Mirzəzadə deyib.

Millət vəkili təəssüflə qeyd edib ki, bu cinayətlərinə görə onlar indiyə qədər mühakimə olunmayıblar. Ancaq inanırıq ki, bu cinayətlərinə görə də onlar mütləq cavab verirlər: “Bu gün Koçaryan Ermənistanda həbs edilib. Xaçaturovun da həbs edilməsi gözlənilir. Baxmayaraq ki, o Rusiyanın aparıcı ölkə olduğu beynəlxalq təşkilatın rəhbəridir.Onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyti zorla ələ keçirməykdə ittiham edilirlər. Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Köçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. hətta öz xalqına qarşı da o mütləq cinayət törədir”.

A.Mirzəzadənin fikrincə, Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bar daha sübut etdi ki, insanlığa qarşı cinayətlər mütləq cəzalalarını alırlar: “Ancaq inanırıq ki, bu cinayətlərinə görə də onlar mütləq cavab verəcəklər”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …