Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Kiyevdən Azərbaycana ÇAĞIRIŞ: “Rusiyaya qarşı birləşək”

Kiyevdən Azərbaycana ÇAĞIRIŞ: “Rusiyaya qarşı birləşək”

Rusiya Gürcüstan, Ukrayna, Moldova və Azərbaycan üçün ümumi təhlükədir.

Publika.az “Həftənin güzgüsü” (“Zerkalo nedeli”) nəşrinə istinadən xəbər verir ki, bunu Tiflisdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin xüsusi iclası çərçivəsində mətbuat konfransında Ukraynanın xarici işlər naziri Pavel Klinkin deyib.
“Rusiya yalnız Ukraynanın deyil, həm də Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünü hədələyir”, – o bildirib.
Ukrayna diplomatiyasının başçısının fikrincə, bu ölkələr Rusiya təhlükəsinin neytrallaşdırılması üçün səyləri birləşdirməlidir.
“Biz hamımız ümumi çağırış qarşısında dururuq. Bu, hər şeydən əvvəl bizim müstəqilliyimiz və ərazi bütövlüyümüzlə bağlı çağırışdır. Biz bu çağırışa qarşı birgə durmalıyıq”, – siyasətçi vurğulayıb.
Nəşr xatırladır ki, GUAM 1997-ci ildə yaradılıb və Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova təşkilatın üzvləridir. Bildirilir ki, bu gün sözügedən dövlətlərdən hər biri silahlı konfliktlərin təcrübəsinə malikdir və Rusiyanın müdaxiləsinə görə öz ərazisinin bir hissəsinə nəzarət etmir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …