Ana səhifə / Siyasət / Kiçik qələbələr bizi böyük qələbəmizə yaxınlaşdırır… – Yeganə Hacıyeva

Kiçik qələbələr bizi böyük qələbəmizə yaxınlaşdırır… – Yeganə Hacıyeva

Şəkili 2018 ci ildə Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu İllik konfransında çəkmişəm. Şəkili çəkməkdə məqsəd məndən sağda başını aşağı salıb üzünü gizlətməyə çalışan adamın üzünü çəkmək idi.

ATƏT DTİHB-in konfransında iki ( hökümət nümayəndəsi və qht rəhbəri kimi) vəsiqəsi olan, zalda Almaniyada rəsmi qeydiyatı olan “European Center for Arzakh Studies” qeyri-hökumət təşkilatının rəhbəri kimi çıxış edən , kuluarlarda ermənistan hökümət nümayəndəsi badjini gəzdirən bu şəxs şəkilini çəkdiyimə görə məni konfransın təhlükəsizliyi staffına şikayət etmişdi. Təhlükəsizlik rəisi yaxınlaşıb şəkili silməyi xahiş etdi, mən də onların yanında silmişdimsə də sonra bərpa etdim. Bir gün öncə bu şəxs “Arsax”ın müstəqil olması, Dağlıq Qarabağın ermənistan ordusu tərəfindən işğal deyil, arsax erməni milli azadlıq hərəkatının hərbi qüvvələri tərəfindən “azad” edilməsi, Azərbaycanın Dağlıq Qarabağı “blokadaya alması” , orda yaşayanların “insan haqqlarının pozulması” , beynəlxalq təşkilatların Azərbaycanın maliyyəsi önündə buna göz yümması və s.kimi absurd dolu iki nağıl çıxışı olmuşdur. Bu şəxs ilk dəfə diqqətimi məhz çıxışlarını Paşınyan hökümətinin israr etdiyi absurdlar üzərindən qurmasına görə çəkmişdi. Sonra, çıxış üçün qeydiyyat sırasında (iştirak edənlər bilir necə uzun sıra olur) apardığı təbliğatdan mənə aydın oldu ki, adam işqal altında olan ərazilərə turizm və mədəni əlaqələrin təşviq adı altında qondarma rejimin ictimai lobbiçiliyini aparmaq üçün ermənistan xüsusi xidmət orqanlarının Avropaya miqrant qismində yerləşdirdiyi “legioner”lərdən biridir. Almaniyaya yerləşən bu legioner-miqrant isə konfransda missiyasına uyğun qondarma quruma daha çox xarici qonaq qismində rəsmi şəxs cəlb etməklə məşquldur. Kofe breakda Alman hökümət nümayəndəsinə sırf bu məqsədlə yaxınlaşdım, visit kart mübadiləsi etdik, Almaniya hökümətindəki və müxalifətindəki dostlarım haqqında danışdım, ümumi tanışlarımız çıxdı və mən də bu şəxs haqqında yuxarıda yazdıqlarım və bura yazmadıqlarım bir neçə müşahidəmi onunla bölüşdüm. Növbəti kofe-breakda Almaniya hökümət nümayəndəsi təşəbbüsü ilə (biri XİN nümayəndəsi , diğəri miqrasiya idarəsinin nümayəndəsi ) daha iki şəxslə bu haqda və ümumiyyətlə miqrant qismində Almaniyaya yerləşdirilmiş xüsusi xidmət nümayəndələrinin Almaniya dövləti üçün gələcəkdə hansı narahatlıqları yaşadacağı haqqında bir saatlıq danışdıq. Onlardan biri o saat ərzində danışdığım hər şeyi qeyd etdi deyə bilərəm.

Bu günlərdə öyrəndim ki, Almaniya höküməti “European Center for Arzakh Studies”-n rəsmi qeydiyyatını ləğv edib. Çox xoşbəxtəm, belə kiçik qələbələr bizi böyük qələbəmizə yaxınlaşdırır…

Yeganə Hacıyeva, politoloq

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …