Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Keçmiş MTN şefinin adamı olan icra başçısı necə pul qazanırmış… – Maxinasiya ittihamı

Keçmiş MTN şefinin adamı olan icra başçısı necə pul qazanırmış… – Maxinasiya ittihamı

Artıq bir neçə müddətdir ki, ölkə mətbuatında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun yaxın vaxtlarda tutduğu vəzifədən azad ediləcəyi barədə irəli sürülən ehtimallarla bağlı məlumatlar dərc olunmaqdadır. Həmçinin qeyd etməliyik ki, bu gün redaksiyamıza da Ağdamın icra başçısı tərəfindən yol verilən çoxsaylı qanun pozuntularından bəhs edən məlumatlar daxil olmaqda davam edir. İlk növbədə həmin məlumatlarda ölkə rəhbərliyi tərəfindən Ağdamın inkişafına ayrılmış pulların böyük bir hissəsinin Raqub Məmmədov və bu məqsədlərlə cəlb olunan iş icraçıları tərəfindən mənimsənildiyi iddia olunur. Məsələn, hələ bir müddət əvvəl Ağdamdan daxil olan açıqlamalara görə, icra başçısı Quzanlı və digər yaşayış yerlərində həyata keçirilən abadlıq işlərini öz yaxın adamlarına həvalə etmişdi. Verilən məlumata görə rayondakı abadlıq işlərini iş adamı Tahir Əliyevlə başçının xalası oğlu Adil adlı şəxs həyata keçirirdi. Eyni zamanda görülən işlərin böyük bir hissəsi də başçının xalası oğlu Adilə verilmişdi. Mənbənin məlumatına görə Raqub Məmmədov rayondakı abadlıq işlərini bu iki şəxs verməklə dövlət büdcəsindən ayrılan yüz min manatlarla vəsaitin böyük bir hissəsinin mənimsənilməsinə yol açıb.

Belə ki, hər iki şəxs icra başçısının birbaşa öz adamları olduğu üçün maliyyə vəsaitlərinin dövriyyəsinə də nəzarəti birbaşa Raqub Məmmədov özü həyata keçirir. “Abalıq işlərində” fəal iştirakçılardan biri olan Tahir Əliyevə gəlincə isə, onunla bağlı məlumatda deyilir ki, bu “məhdud məsuliyyətli” iş adamı hələ keçmiş icra başçısının dövründən rayonda bu kimi işlərlə məşğul olub. Qeyd olunur ki, bu şəxs Ağdam rayonu üzrə keçirilən tenderlərə qatılan və əksər hallarda qalib olan bir neçə saxta şirkətin təsisçisidir. Əlbəttə, saxta deyərkən biz heç də həmin şirkjət və MMC-lərin sənəd üzərində mövcud olmadıqlarını nəzərdə tutmuruq. Əksinə, məhz sənədləşmə baxımından bu şirkətlərin mövqeyləri hər zaman yaxşı qorunur. Lakin real işlərə gəlincə, bu müəssisələrin heç biri tələb olunan maddi-texniki bazaya malik olmurlar. Tenderdə “qalib gəldikdən” sonra dövlət vəsaitləri əvvəlcə həmin şirkətlərin bank hesablarına köçürülür. Sonra isə, pullar nağdlaşdırılır və tərəflər arasında bölünür. Gözdən pərdə asmaq üçün müəyyən qədər görülən işlər də icarəyə götürülmüş texnika və muzdla tutulmuş briqadalar tərəfindən həyata keçirilir. Bu arada isə, rayon sakinlərini xüsusilə narahat edən əsas problemlərdən biri də məhz Ağdamın yolları ilə bağlıdır. Məlumatlarda bildirilir ki, Quzanlı qəsəbəsi istisna olmaqla, rayonun bütün yollar yaman gündədir. Yağış, qar yağan kimi xüsusən kəndlərdə nəqliyyatın hərəkəti iflic olur. Palçıq əlindən tərpənmək mümkün olmur. Halbuki hər il dövlət büdcəsindən Ağdamda yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə böyük məbləğlərdə vəsaitlər ayrılır. Lakin rayon rəhbərliyinin qabarıq iştahası bu vəsaitlərin nəzərdə tutulan layihələrə xərclənməsini əngəlləyir. Həmçinin açıqlamalarda icra başçısı tərəfindən ən müxtəlif bəhanələrlə Ağdam məmurlarından intensiv şəkildə pul yığımlarının həyata keçirilməsi və digər oxşar məlumatlar öz əksini tapmışdır. Eyni zamanda da, mənbələr israrla bildirirlər ki, Raqub Məmmədovun öz əlaltıları ilə birgə həyata keçirdiyi ən möhtəşəm maxinasiyalardan bir neçəsi də məhz kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına yardımların verilməsi zamanı tətbiq olunmuşdur…

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın