Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Keçmiş diplomat Nahid Cəfərov Qərbə qaçışının səbəbini açıqladı

Keçmiş diplomat Nahid Cəfərov Qərbə qaçışının səbəbini açıqladı

Azərbaycanın Niderlanddakı səfirliyinin sabiq attaşesi, ölkəyə qayıtmaqdan imtina edən Nahid Cəfərov bu addımının səbəblərini açıqlayıb.

N.Cəfərov “Azadlıq” radiosuna müsahibəsində deyib ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı keçmiş səfiri Arif Məmmədovu vəzifəsindən facebook statusuna görə çıxarmayıblar: “Arif Məmmədovu vəzifədən ona görə çıxardılar ki, o, 2003-cü ildə XİN-in kollegiya iclasında azərbaycanlı diplomatları işlədikləri ölkələrdə rüşvət verməkdə ittiham etmişdi”.

N.Cəfərov A.Məmmədovun statusunu like edənlərin taleyindən danışarkən bildirib ki, həmin adamlardan yalnız üçü öz vəzifəsində qalıb.

Keçmiş attaşe onu da bildirib ki, Azərbaycan XİN-də onun kimi diplomatlar çoxdur.

N.Cəfərovun sözlərinə görə, azərbaycanlı diplomatlar üçün ən böyük problem Azərbaycanda insan haqlarının pozulması məsələsidir: “Qərbli diplomatlara Azərbaycanda növbəti insan haqları pozuntusu faktı haqda danışmaq və buna izah vermək çox çətindir. Axı sən özün də başa düşürsən ki, bu, doğrudan da qanun pozuntusudur. Bu da bizim diplomatların işini on dəfələrlə çətinləşdirir”.

Müsahibəsində hökumətin ünvanına sərt ifadələr işlədən N.Cəfərov onu da əlavə edib ki, azərbaycanlı diplomatlara Avropada biznesmen kimi baxırlar.

Virtualaz.org saytı xatırladır ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin attaşesi Nahid Muxtar oğlu Cəfərov bu il sentyabrın 12-də vətənə qayıtmaqdan imtina edərək Avropada qalıb.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın