Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Keçmiş baş prokurordan səhiyyə nazirinə qəzəbli sual – FOTOLAR

Keçmiş baş prokurordan səhiyyə nazirinə qəzəbli sual – FOTOLAR

Əli Ömərov dərmanların 150 faiz bahalaşmasının səbəbini bilmək istəyir…

Keçmiş baş prokuror Əli Ömərov Moderator.az – a zəng vuraraq dərman almaq üçün müraciət etdiyi aptekdəki qiymətlərdən şoka düşdüyünü bildirib.

Keçmiş baş prokuror saytın əməkdaşına bildirib ki, xeyli vaxtdır qan təzyiqindən əziyyət çəkir və son günlərədək  10 manata aldığı “Tripliksam” dərmanını ona aptekdə 25 manata veriblər. Yalnız aldığı təqaüdlə dolandığını deyən Ə. Ömərov şikayətlənir ki, belə getsə müalicəsi üçün zəruri olan dərmanların hamısını almaq imkanından məhrum olacaq.
Ə. Ömərov saytımız vasitəsilə səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edərək qiymətlərin 150 faiz bahalaşmasının səbəbini bilmək istədiyini deyir.
Baş prokuror eyni zamanda bir suala da cavab axtardığını bildirdi ki, görəsən dövlət başçısı möhtərəm İlham Əliyevin ölkənin dərman bazarında baş verənlərdən müfəssəl məlumatı varmı? Keçmiş baş prokuror bu qənaətdədir ki, prezidentin baş verənlərdən xəbəri olsaydı o belə bir anarxiya və xaosun yaşanmasına qətiyyən yol verməzdi.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın