Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Kamran Ağayev kobud səhvi barədə: “Hamı mənə təsəlli verdi”

Kamran Ağayev kobud səhvi barədə: “Hamı mənə təsəlli verdi”

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev “Boavişta” klubunun heyətində “Portu”ya qarşı futbol üzrə Portuqaliya çempionatı matçındakı debütünü şərh edib. 30 yaşlı qolkiper “Report”a açıqlamasında öz çıxışından narazılıq ifadə edib.

O, istədiyi kimi oynaya bilmədiyini söyləyib. Ağayev “Portu”nun 86-cı dəqiqədə vurduğu 3-cü qol epizodundakı kobud səhvindən də danışıb: “Topa çıxarkən, əlimi boş saxladım. Nəticədə, top əlimdən sıçrayaraq, tora daxil oldu. Çox məyus idim. Açığı, indiyədək belə halla üzləşməmişdim. Amma səhvdən heç kim sığortalanmayıb. Oyundan sonra heç kim bir söz demədi. Hamı mənə təsəlli verdi”.

Təcrübəli qapıçının fikrincə, belə kobud səhvlər gələcəkdə baş verməyəcək: “Düzdür, belə hallara futbolda rast gəlmək olur. Qarşıda nələrin olacağını da bilmək olmur. Amma inanıram ki, gələn oyunlarda özümü daha yaxşı tərəfdən göstərəcək, əvəlki kimi çıxış edəcəyəm”.

Qeyd edək ki, “Boavişta” “Portu” ilə görüşdə 1:3 hesabı ilə məğlub olub.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın