Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / K.Fərəcova adına Pediatriya İnstitutunda oğlanla qızı səhv salıblar

K.Fərəcova adına Pediatriya İnstitutunda oğlanla qızı səhv salıblar

Reanimasiya şöbəsinin müdiri Solmaz Eyvazova hər xəstədən 150 manat fond pulu yığır

Bu qısa yazımızda K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun reanimasiya şöbəsinin müdiri doktor Solmaz Eyvazovanın öz işinə səhlənkar yanaşmasından və sağlamlıq müəssisəsini rüşvətxorluq yuvasına çevirməsindən bəhs etmək istəyirik. Beləki bu yaxınlarda institutda baş verən biabırçı olay zamanı iki ölü uşağı səhv salaraq ( oğlan uşağı ilə qız uşağını ) valideynlərə vermişlər. Bunu ölən uşaqlardan birinin valideyni uşağı yuduzdurarkən görmüşdür. Bu biabırçılığa adi olay kimi yanaşan Solmaz xanım bu hadisələrlə bağlı 3 gün işə gəlməyib və reanimasiya şöbəsinin həkimi Araz Əliyevə tapşırıq verib ki, bu məsələni ört-basdır etsin. Qafqaznews.az-a daxil olan məlumata əsasən şöbədə institutun direktoru Nəsib Quliyevin və baş həkim Tamilla Şahbazovanın adından hər xəstədən fond pulu üçün Solmaz Eyvazova 150 manat pul tələb edir. Araşdırmamız davam edir, bizi izləyin.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın