Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Kənan Hacı “tövbə” etdi, AYB geri qaytardı

Kənan Hacı “tövbə” etdi, AYB geri qaytardı

Noyabr ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.

AYB-dən verilən məlumata görə, toplantının gündəliyində olan məsələləridən biri də yazıçı Kənan Hacının Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə yenidən qəbul edilməsi üçün AYB sədrinə ünvanladığı ərizəsi olub.

Kənan Hacı ərizəsində 2010-cu ildə AYB üzvlüyündən istefa verdiyini və bu addımının səhv addım olduğunu bildirərək, yenidən AYB üzvlüyünə qəbul edilməsini xahiş edib. Katiblik ərizənin müzakirəsi zamanı Kənan Hacının üzvlükdən istefa verməsinin səhv addım olduğunu qəbul etməsini, yazıçının son vaxtlar səhhətində narahattlıq hiss etməsini nəzərə alaraq, istisna hal olaraq onun AYB üzvlüyünə qaytarılması qərarını qəbul edib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın