Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov vəzifəsindən nə vaxt azad ediləcək?

Kəmaləddin Heydərov vəzifəsindən nə vaxt azad ediləcək?

Müstəqil Azərbaycanın tarixində bəzi vəzifəli şəxslər var ki, onlar zəli kimi bu dövlətdən yapışıb əl çəkmirlər. Onlardan biri də uzun illər Azərbaycan Gömrük Komitəsini korrupsiya və rüşvət məskəninə çevirmiş, oradan uzaqlaşdırılsa da, öz biznesini qorumaq üçün xüsusi olaraq Fövqəladə Hallar Nazirliyində özünə imperiya qurmuş Kəmaləddin Heydərovdur.


Uzun illərdir az qala Azərbaycanın yarısını ələ keçirən, biznes sahəsində inhisarçılığın əsasını qoyan və “fövqəlbiznesmen” adı ilə məşhurlaşan Kəmalədddin Heydərovun son dövrlər vəziyyətinin yaxşı olmadığı barədə çox yazılır. Amma FHN başçısının bəzi şirkətləri çokdürülsə də, 2019-ci ilin sonunda şirkətlərinə qarşı yoxlama və cərimələr tətbiq edilsə də, Kəmaləddin Heydərov hələ də Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir, çətin olsa da, şaxələnmiş biznesini qorumaqla məşğuldur.


Heydərov hansı fərasətinə görə Fövqəladə hallar naziri postunda əvəzolunmazdır?


Əslində Kəmaləddin Heydərovun Fövqəladə Hallar Nazirliyinə rəhbərlik etməsi də gələcək planlarını həyata keçirmək baxımından əlverişli olub. Bununla yanaşı, o, uzun müddət Dövlət Gömrük Komitəsini də nəzarətdə saxlaya bilib. Baxmayaraq ki, bu adam fövqəladə hallar sahəsi üzrə heç bir təcrübəsi olmayıb, yeni nazirliyi də öz şəxsi əmlakı kimi idarə etməyə başlayıb. Üstəlik bu qurum yaranandan bəri keçmiş yanğından mühafizə idarələrindəki mütəxəssisləri çıxmaq şərtilə öz yaxın adamlarını, yerlilərini və qohumlarını bu nazirliyə yığaraq “iş bacarmayanlar ordusu” formalaşdırıb. Bu qurumun əksər əməkdaşları da fövqəladə hallar sahəsinədən zərrəcə anlayışları olmayan vəzifəli şəxslərin qohumları, ya da savadsız və ya sonradan özəl univeristetlərdən diplom alan bacarıqsız şəxslər olub.

 
Demokrat.az-ın xəbərinə görə, bu neçə illik fəaliyyətində ölkədə baş verən əksər fövqəladə hallar zamanı qurumun vaxtında reaksiya verməməsi və peşəkarlıq nümayiş etdirməməsi, FHN dəstələrinin əksər hallarda gecikməsi, fəlakətin aradan qaldırılmasında bacarıqsızlıq göstərməsi Kəmaləddin Heydərovun öz işini bacarmadığını göstərir. Bu halda sual olunur: K.Heydərovu hansı fərasətinə görə Fövqəladə hallar naziri postunda əvəzolunmaz olaraq qalır?


Fövqəladə hallar sahəsində bacarıqsız olsa da, Kəmaləddin Heydərov biznes, şou-biznes, hətta media sahəsində özünün çox “qabiliyyətli” olduğunu nümayiş etdirib.

 
Kəmaləddin Heydərovun biznesə gəlişi hələ sovet dövrünə təsadüf edir. Heydərovun biznesə necə gəlməsi isə hələ də müəmmalı olaraq qalır. “Gilan” şirkətinin rəsmi saytında onun 1987-ci ildə yaradıldığı göstərilir. Hazırda Gilan Holding” MMC-yə oan məxsus və qurduğu digər şirkətlərlə ölkənin ən iri şirkətlər qrupuna çevrilib. Medianın yazdığına görə, holdinqin daxilindəki şirkətlər ticarət, turizm, nəqliyyat, tikinti və daşınmaz əmlak, inşaat materialları istehsalı, ərzaq və kənd təsərrüfatı məhsulları istehsalı sahələri üzrə ixisaslaşıb. Holdinq daxilində yeni şirkətlərin yaradılması hələ də davam edir. Banka sahib olmasına baxmayaraq, holdinq dövlətin ona səxavətlə təqdim etdiyi ucuz maliyyə resurslarından da istifadə edir. Bakıdakı çörək zavodu, Hacıqabuldakı keramika zavodu, Sumqayıtdakı tekstil fabrikləri, Qəbələ rayonundakı çoxsaylı zavod və fabrikləri dövlətin on milyonlarla manat məbləğində uzunmüddətli krediti hesabına qurulub. Holdinqin tərkibinə “Gilan” dəri və keramika zavodları, “Gilan” Tekstil Parkı, Qəbələ Heyvandarlıq-Südçülük Kompleksi, Lənkəranda “Gilan” Sitrus təsərrüfatı, Abşeron rayonunda “Caspian Fish Co” balıq emalı zavodu, Bakı iplik fabriki, Bakıdakı “Beynəlxalq Ticarət Mərkəzi” hotel-biznes mərkəzi kompleksi, Bakıda №1 Çörək Zavodu, Riqada “Hotel de Roma” mehmanxanası, “Benkons Bosna” (Bosanka) meyvə şirələri zavodu, Kızıl (Tuva, RF) şəhərində mehmanxana və beton zavodu, “Mingəçevir Tekstil” MMC və digərləri daxildir. Fövqəlnazir Kəmaləddin Heydərova, onun ailə üzvlərinə aid olan 350-dən çox şirkətin olduğu deyilir.

 
Vaxtilə bir neçə qəzeti saxlayan fövqəlnazir, daha sonra agentlik, hətta internet televiziya və digər media orqanlarının maliyyəsini öz üzərinə götürmüşdü. Eyni zamanda nəşriyyat işində də geniş fəaliyyətə malikdir. Hətta amerikalı jurnalist Tomas Qoltsun Ümummilli lider Heydər Əliyev haqqında çox ciddi ittihamlar yer alan kitabı Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsus “Teas press” nəşriyyatında çap olunması və Azərbaycanda satışa buraxılması faktı da var.

 
Hazırda media sahəsində bir qədər zəif özünün göstərsə də, K.Heydərov şou-biznes və mədəniyyət xadimlərinə qayğısını yenə də əsirgəmir. Boş vaxtlarında bir çox məşhur şairlərin şeirlrini bəstələyən K.Heydərovun yaradıcılığı da xüsusi diqqət çəkir.


Ən çox müavinə sahib olan nazir


Kəmaləddin Heydərovun əsas iş yerinə gəlincə, burada vəziyyət qeyd olunduğu kimi, bir qədər qəlizdir. Əvvəllər həmyerlilərini birbaşa gətirib vəzifəyə qoyurdusa, sonradan digər vəzifəli şəxslərlə konsolidasiya şəraitində kimin işini bacarmayan övladı vardısa, orada ona iş tapa bildi.


Yüksək vəzifələrə gəlincə, orada struktur elə formalaşıb ki, ölkədə əsas söz sahibi olan və ya nüfuzlu şəxslərin övladları üçün general rütbəli vəzifələr əta edilib. Məsələn, indinin özündə də onun müavinlərindən biri Prezident Administrasiyasının keşmiş rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev, digəri isə Tibb universitetinin keçmiş rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanovdur. Kəmaləddin Heydərovun bir birinci müavini və nə az, nə çox düz 7 müavini var. Yuxarıdakılardan əlavə, onlardan 3-ü öz həmyerlisi, biri Qəbələdəndir.

Bütün bunlar öz yerində, biznesmen-bəstəkar məmurun hakimiyyətdə əvəzolunmazlığının səbəbi hələ də anlaşılan deyil. Maraqlıdır ki, əsas vəzifəsindən başqa, hər bir sahədə özünü sınayan Kəmaləddin Heydərovun imperiyası zəifləsə də, tənəzzül etmir. Bu gedişlə onun imperiyasının yalnız vəzifədən getməsindən sonra dağılacağı güman edilir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı indiki dövrdə fövqəlnazirin postunu tərk etməsinin ümidi DTX-nın “qara maskalı”larına qalır…(Aztoday)

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …