Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 yanvar saat 11.00-dan Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində 28 yanvar 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın