Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Kəbirə Məmmədovadan antikorrupsiya generalı Kamran Əliyevə şikayət…

Kəbirə Məmmədovadan antikorrupsiya generalı Kamran Əliyevə şikayət…

Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi
Kamran Əliyev cənablarına
 
Şikayətçi: Bağırova Vüsalə Eldar qızının nümayəndəsi
 Məmmədov Qurban Calal oğlu tərəfindən
Ünvanı: Bakı şəh.,Həsənoğlu küç., kor.,7, ev 12, mən.,7/8
Əlaqə tel.: (012) 567-46-04, (050) 200-66-10
 
 
ŞİKAYƏT
 
 
Hörmətli rəis!
Nümayəndəsi olduğum V. Bağırova  01 may və 25 may 2012-ci il tarixli şikayət ərizələri ilə “Binə” bazarının sahibi Kəbirə Məmmədovanin korrupsiya əməlləri ilə bağlı Sizin idarəyə müraciət etsə də bu günədək nəinki hec bir tədbir görülməyib, hətta vətəndaşa rəsmi qaydada cavab belə verilməyib.
Ümid edirəm ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin son vaxtlar korrupsiyaya qarşı başlatdığı mübarizəyə və bununla bağlı elan etdiyi siyasi – hüquqi mövqeyə uyğun olaraq, bu ərizəmdə göstərdiyim faktlar barəsində qanuni tədbirlər görülməsi üçün lazımi göstərişlər verəcəksiniz.
 
Hörmətli rəis!
Nümayəndəsi olduğun V. Bağırova “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı” yaxınlığında olan keçmiş “Binə” bazarı 12 aprel 2007-ci ildə sökülərkən, onun əvəzinə Qaradağ r-n, Lökbatan qəsəbəsində yeni salınmış “Binə” Ticarət Mərkəzindən mağaza almaq məqsədi ilə, Bakı şəh., Ağa Nemətulla küçəsində yerləşən 2 otaqlı mənzilini sataraq, “Arazavia” firmasının rəhbəri Kəbirə Məmmədova ilə 17-4-17 və 17-4-19 nömrəli icarə müqavilələri bağlamışdır. Kəbirə Məmmədova ilə aralarındakı şifahi razılaşmaya görə o, “Yeni Bazar” ticarət kompleksində 6 (altı) ay ərzində hər birinin ümumi sahəsi 40 kv.m olmaqla iki ədəd mağaza inşa edərək V. Bağırovanın mülkiyyətimə verməli, həmin mağazaların tikintisi üçün hər 1 kv.metri 650 manat olmaqla  52 000 (əlli iki min) manat və hər mağaza üçün əlavə olaraq qapı və açar pulu kimi 3000 (üç min) manat, cəmi 58 000 (əlli səkkiz min) manat pul ödəmişdir. Lakin K. Məmmədova inşa edərək V. Bağırovanın  mülkiyyətinə verməli olduğu iki ədəd 40 kv.m sahəsi olan mağazanı bu günədək ona təhvil verməmişdir. V. Bağırovanın dəfələrlə müraciət etməyinə baxmayaraq, Kəbirə Məmmədova hər dəfə: “gələn həftə gələrsən, hazır olacaq” – deyərək onu aldatmışdır. Və buna dair aralarında mülki mübahisə yaranmışdır.
Qaradağ rayon məhkəməsində həmin mübahisəyə baxılarkən, V. Bağırova öz iddiasını “sübut edə bilməmişdir”.
Bunun da  səbəbi K. Məmmədovanın V. Bağırovadan və başqa minlərlə satıcılardan pul alarkən “iz qoymaması” və Azərbaycan məhkəmələrinin bütün dünyaya bəlli olan vəziyyətidir.
İndi meydana çıxan faktlar, yəni MTN tərəfindən mülkiyyətləri əllərindən alınmaq məqsədi ilə həbs edilən şəxslər haqqında çıxarılmış məhkəmə hökmləri V. Bağırovanın “uduzmasının” əsl səbəbinin sübutudur.
Bu gün də həmin bazarda çalışmaqda olan yüzlərlə satıcıdan o vaxt toplanan pullar rəsmiləşdirilməmiş, köhnə bazarın, yəni hava limanının yaxınlığında yerləşən bazarın sökülməsi ilə bağlı zor duruma salınan satıcılar, Kəbirə Məmmədovanın müəyyən etdiyi qaydalara və şərtlərə tabe olmağa məhkum edilmişlər.
Təbii ki, bu tip cinayət xarakterli əməllərin mülki məhkəmə icraatı qaydasında araşdırılması mümkün deyil.
Nəzərinizə çatdırıram ki, eyni xarakterli əməllər “Sədərək” adlı ticarət mərkəzində də baş vermişdir. Hər iki bazarın sahibləri satıcılardan aldıqları pul vəsaitinin hesabına tikilən obyektləri onların mülkiyyətinə vermək əvəzinə, onların icarəsinə verərək, bütün satıcıları “yer pulu”, “kassa pulu”, ”verği” pulu,  “işıq” pulu, “təmir” pulu və s. adlar altında aylıq xəraca oturtmuşlar. Hər iki bazarın satıcıları faktiki və rəsmi olaraq olaraq mülkiyyətçi kimi yox, icarəçi – qul kimi çalışdırılıb və qazanclarının mütləq çoxluğu bazar sahibləri tərəfindən bəzən də zor tətbiq etməklə də olsa əllərindən alınır.
Hörmətli rəis!
Son vaxtlar “MTN işi” ilə bağlı aparılan istintaq nəticəsində və mətbuatda yayılan məlumatlarda bildirildiyi kimi, MTN-nin bəzi əməkdaşları da bu bazarlarda çalışan, ailəsini öz namuslu halal əməyi ilə dolandıran insanların əmlaklarını əllərindən almış, zor və hədə – qorxu ilə onları özlərinə şərik etmişlər.
 
Hörmətli rəis!
Dünyanın heç bir sivil, mədəni və hüquqi dövlətində belə bir fakt yoxdur ki, vətəndaşın pulu ilə insa edilən obyektdə həmin vətəndaş icarəçi – qul kimi çalışdırılsın. 21-ci əsrdə qul əməyinin bu növü Azərbaycan korrupsionerlərinin “kəşfidir”.
Bu ərizədə qeyd etdiklərimi obyektiv araşdıraraq, Vüsalə Bağırovanın 58 000 manatının o vaxtkı məzənnə ilə Kəbirə Məmmədovadan geri qaytarılması, eləcə də, hər iki bazarda çalışan satıcıların mülkiyyət hüquqlarının bərpa edilməsi istiqamətində qanuni tədbirlər görməyinizi xahiş edirəm.
Onu da diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, dövlət büdcəsində mövcud problemlərin aradan qaldırılmasında hər iki bazarda çalışan satıcıların mülkiyyət hüquqlarının bərpasının və onların qanuni vergiyə cəlb edilməsinin, dövlət büdcəmizin gəlir hissəsinin artmasında az da olsa rolu olardı.
Unutmayın: Milyardlar qəpiklərdən formalaşır.
13 noyabr 2015-ci il 
moderator.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın