Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Kəbənin örtüyü dəyişdirildi – 120 kiloqram qızıldan istifadə olundu

Kəbənin örtüyü dəyişdirildi – 120 kiloqram qızıldan istifadə olundu

Bir il ərzində 210 nəfərin ilmə-ilmə toxuduğu yeni örtüyünün tikilişi üçün 670 kiloqram xalis ipək, 120 kiloqram gümüş və qızıl istifadə edilib.
Moderator.az xəbər verir ki, müqəddəs torpaqlardakı təxminən 2 milyon hacı namizədinin Ərəfata çıxdığı Ərəfə günündə Kəbənin örtüyü dəyişdirilib.
Məkkədəki 210 nəfərlik heyət tərəfindən bir il ərzində ilmə-ilmə toxunan və Hərəmi Şərifin açarını əlində saxlayan Xanım Şeybe ailəsinə təslim edilən örtük hacı namizədlərinin Ərəfata axın etdiyi ərəfədə dəyişdirilib.
Xüsusi olaraq hazırlanan saf ipək və 4 hissədən ibarət olan 47 metr uzunluğunda, 657 kvadrat metr böyüklüyündəki Kəbənin örtüyü 4 guşədən sökülərək dəyişdirməyə başlanılıb.
Qeyd edək ki, köhnə örtük alınaraq, eynə vaxtda təzə örtüyün çəkilməsi saatlarla zaman alır. Kəbə örtüyünün hazırlanması üçün təxminən 670 kiloqram xalis ipəkdən, 120 kiloqram gümüş və qızıldan istifadə edilir. Dəyişdirilən köhnə örtük isə “zəmzəm” suyuyla yuduqdan sonra muzeylərdə nümayiş etdirməsi üçün İslam ölkələrinə göndərilir. Gümüş və qızıl istifadə edilərək hazırlanan Kəbə örtüyündə  Qurani-kərimdən ayələr yer alır.
Səudiyyə Ərəbistanı rəsmilərindən alınan məlumatlara görə, Kəbə örtüyü 22 milyon riala başa gəlir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın