Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Jurnalistlərə “kupça” paylandı

Jurnalistlərə “kupça” paylandı

Azərbaycan Prezidentinin tapşırığı ilə jurnalistlər üçün inşa edilərək istifadəyə verilmiş binada mənzil sahibi olan jurnalistlərə “kupça” paylanılıb. Movqe.az-ın xəbərinə görə, bu binadan ev verilən jurnalistlərin mənzillərinə “kupça”nın verilməsi ölkə başçısı İlham Əliyevin doğum gününə təsdüf edib. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Kütləvi çıxarış” kampaniyası çərçivəsində binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar ev sahibi olan jurnalistlərə təqdim edilib. Xatırladaq ki, jurnalistlər üçün yaşayış binası dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncama əsasən tikilərək istifadəyə verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi də ölkə rəhbərliyinin tapşırıqlarına əsasən jurnalistlərin mülkiyyət hüquqlarının səmərəli təmin olunması məqsədilə “Kütləvi çıxarış” kampaniyasını növbəti dəfə məhz jurnalistlər binasında təşkil edib. Tədbirdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbərliyi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirak edib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın