Ana səhifə / Siyasət / Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı – Foto

Jurnalisti söyən direktorla bağlı araşdırmalar başladı – Foto

Sabunçu rayon 187 saylı tam orta məktəbin direktorunun səs yazısı ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Axar.az-a Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, artıq məsələ araşdırılır, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

***

Bakı Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəşarət Məmmədov Sabunçu rayon 187 saylı tam orta məktəbin özünü direktor müavini kimi təqdim edən direktor Nailə Məmmədovanın jurnalisti təhqir edən səs yazısına münasibət bildirərkən, məsələnin Təhsil Nazirliyi ilə yanaşı, Bakı Təhsil İdarəsi də araşdırıldığını bildirib.

B.Məmmədov Axar.az-a bildirib ki, əvvəlcə jurnalisti kimin təhqir etməsi araşdırlacaq:

“Məktəb nümayəndəsi özünü təqdim etmir. Öncə bu araşdırlmalıdır ki, o kimdir? Həqiqətəndəmi direktorun müavinidir? Ola bilər ki, tamam başqa bir şəxs olsun, özünü direktor müavini kimi təqdim etsin. Bunlar hamısı araşdırlacaq və bununla bağlı lazımi addım atılacaq”.

B.Məmmədovun sözlərinə görə, şəxsin kimliyi müəyyənləşdirildikdən sonra ona hansı cəzanın tətbiq ediləcəyi müəyyənləşdiriləcək:

“Hələ bir söz demək düzgün olmazdı. Bunlar hamısı araşdırmadan sonra məlum olacaq”.

Qeyd edək ki, Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədova məktəbdəki özbaşınalıqla bağlı şikayət məktubu haqda danışmaq əvəzinə jurnalisti ağır ifadələrlə təhqir edib.

Ətraflı bu LİNKDƏN oxuya bilərsiniz.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın