Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Jurnalist Zabil Müqabiloğlunun səhhəti pisləşdi – Reanimasiyaya yerləşdirildi

Jurnalist Zabil Müqabiloğlunun səhhəti pisləşdi – Reanimasiyaya yerləşdirildi

Bu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdirilib.
Bu barədə jurnalistin yaxınları məlumat verib.
1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil Müqabiloğlunu müalicə edən həkimin PİA.AZ-a verdiyi məlumata görə, hazırda xəstənin vəziyyəti sabit ağırdır.
Həkimin bildirdiyinə görə, Zabil Müqabiloğlunun qaraciyərləndə bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın durdurulduğunu bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu, xəstənin həyatı üçün təhlükəli ola bilər.
Xaitırladaq ki, Zabil Müqabiloğlu uzun illər boyu “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın