Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Jirinovski Türkiyəni müharibə ilə hədələdi

Jirinovski Türkiyəni müharibə ilə hədələdi

“Türkiyə Suriyadakı iri neft yataqlarına görə bu ölkəni ələ keçirmək, Ərdoğan isə sultan olub Osmanlı imperiyasının keçmiş müstəmləkəsindəki nüfuzunu bərpa etmək istəyir”.

Bunu “Life News” telekanalının efirində LDPR lideri Vladimir Jirinovski deyib.

Jirinovskinin sözlərinə görə, Suriyada hazırda dövlət və dövlətçilik yoxdur: “Türklər isə bundan istifadə edib yağlı tikəni elə-belə, havayı əldə etmək istəyirlər. Türklər Suriya ilə sərhədi müntəzəm olaraq pozur, yaraqlılardan qaçaqmal neft alırlar”.

Rusiyalı siyasətçi hesab edir ki, bu gün Türkiyə tərəfindən vurulan Rusiya təyyarəsinə görə Ankaraya sərt münasibət göstərilməlidir: “Rusiya Türkiyəyə turist axınının qarşısını almalı, bu ölkəyə qaz ixracını dayandırmalıdır”.

Jirinovski deyib ki, indi Putinin əl-qolu açıqdır: “Putinin əlində icazə var. Federasiya Şurası ona planetin istənilən nöqtəsində silahlı qüvvələrdən istifadə etmək icazəsi verib”.

LDPR lideri hesab edir ki, Rusiyanın Suriyada həyata keçirməsi Türkiyəyə sərfəli deyil: “Su-24-ün vurulması Türkiyənin Rusiyanı regionu tərk etməyə məcbur etməsi cəhdi də ola bilər. Bundan əlavə, Moskva türklərlə münaqişədə olan kürdləri dəstəkləyə bilər”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın