Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Jirinovski: “Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır”

Jirinovski: “Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır”

Vladimir Jirinovski Qarabağ münaqişəsi üzrə yeni bəyanatla çıxış edərək, Azərbaycanla Ermənistana Rusiyanın tərkibinə daxil olmağı təklif edib.

“Bu məsələdə kənar hakim lazımdır – bu isə yalnız Moskva ola bilər, çünki onlar hamısı rusca danışır. Analoji münaqişələr Dnestryanıda, Abxaziyada və Cənubi Osetiyada da var. Bu dörd yer imperiya, yaxud SSRİ tərkibində olanda problem yox idi, elə ki ayrıldılar, problemlər peyda oldu. Biz əminik ki, SSRİ-nin sərhədləri könüllü, referendumlar yolu ilə bərpa edilməlidir, bütün keçmiş respublikalar Rusiyanın tərkibinə daxil olmalıdır, bax onda sülh olacaq, bütün yerli münaqişələr tənzimlənəcək, nəhəng dövlətin bütün xalqları sakit, sabahkı günündən qorxmadan yaşaya biləcəklər”, – Rusiya Liberal-Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı deyib.

Xatırlatmaq yerinə düşər ki, dünən “Dəyişən dünyada inteqrasiya prosesləri” mövzulu panel müzakirələrində çıxış edərkən Jirinovski bildirmişdi ki, “Azərbaycanın Qarabağ problemi hələ uzun illər qalacaq”.

“Azərbaycan və Ermənistan deyərkən biz anlamalıyıq ki, onların heç bir şeyin həll edilməsi mümkün olmayan ərazisi var. Mən Azərbaycanı salamlayıram. Lakin onların problemi hələ uzun illər qalacaq”, – Jirinovski demişdi.

Bundan öncə isə Azərbaycanı Müstəqillik günü münasibətilə təbrik edərkən elə həmin Jirinovski “Moskva-Bakı” nəşrinə bunları söyləmişdi:

“26 il ərzində dövlət çox şeyə nail olub. Azərbaycan Qafqazın ən uğurla inkişaf edən iqtisadiyyatlarından birinə çevrilib, ölkə rəhbərliyi həm şimal qonşusu olan Rusiya, həm də cənub qonşusu olan Türkiyə ilə gözəl münasibətlərdədir. Azərbaycan tam haqqla özünü və öz maraqlarını müdafiə etməyə qabil güclü, müasir dövlətdir və mədəniyyətini, əcdadlarının adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, yeniliklərə açıqdır”.Virtualaz.org

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …