Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “İyun seçkiləri Rusiyanın Ermənistandan tam çıxarılması işinin başlanğıcı ola bilər”

“İyun seçkiləri Rusiyanın Ermənistandan tam çıxarılması işinin başlanğıcı ola bilər”

Son günlər, indi isə 3 saata yaxındır ki, Ermənistanın xəbər və analitik resurslarını diqqətlə oxuyuram, gəldiyim nəticə: Rusiya Paşinyanın iyun seçkilərində qalib gələcəyini bilir deyə vəziyyəti dəyişməyə, imkan olsa seçkiləri payıza-qışa ertələməyə çalışır. Məğlubiyyətlə bitən müharibə və pandemiya Ermənistanı xaotik vəziyyətə gətirib, amma hələ də Nikolun reytinqi yüksəkdir.

Paşinyan anlayır ki, bu gün sərhəddə baş verənlər, Kremlə, ən azı, razılaşdırılıb, ona görə də, indi israrla məsuliyyəti Moskvanın, “ODKB” üzərinə yükləyir, bunu çox incə edir, amma edir – sabah da çıxıb deyəcək ki, 44 günlük müharibədə də, sərhədlərimizin qorunmasında da Rusiya bizə dayaq olmadı, o zaman Rusiya, “ODKB”, Gömrük İttifaqı bizim nəymizə lazımdır?! Fransanın da aktivləşməsi bu xətti – Qərb xəttini gücləndirir, deməli iyun seçkiləri Rusiyanın Ermənistandan tam çıxarılması işinin başlanğıcı ola bilər – Kreml bunu görür, istənilən təxribatla seçkini uzatmağa çalışacaq, alınmasa, seçkidən həmən sonra bölgəmizdə böyük gərginlik ocaqları yaradaraq Ermənistanda seçkisiz, seçkinin nəticəsindən asılı olmadan siyasi “dizayn” yolunu seçəcək.

Biz çox diqqətli, amma qətiyyətli olmalıyıq, maraqlı və çətin dövrdür, hər addım yüz ölçüb, bir biçilməlidir, ciddi fürsətlərin həmən yanı-başında böyük təhlükələr də var…

Natiq Cəfərli

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …