Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəbhə Xəbərləri / İvanişvilinin siyasətdən qaçmasının səbəbi məlum oldu – (ŞƏRH)

İvanişvilinin siyasətdən qaçmasının səbəbi məlum oldu – (ŞƏRH)

“Gürcü arzusu” Partiyasının qurucusu və sədri, Gürcüstanın ən zəngin oliqarxı Bidzina İvanişvili siyasətdən gedəcəyini açıqlayıb. Milyader qurucusu olduğu partiyanın hətta sıravi üzvü kimi də qalmaq istəmir.
Politoloq Xaqani Cəfərli İvanişvilinin bu addımını ABŞ Konqresinin Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında qoyduğu vəzifə ilə əsaslandırır: 

“Həmin vəzifəyə görə MKİ 100 gün ərzində Rusiya Federasiyası hökumətini dəstəkləyən rusiyalı, eləcə də Şərqi Avropadan olan oliqarxların korrupsiya fəaliyyətləri barədə hesabat hazırlayıb Konqresə təqdim etməlidir. Rusiyalı politoqların məlumatlarına görə, söhbət təxminən 300 nəfər oliqarxdan gedir.Bidzina İvanişvili artıq bir dəfə Vaşinqtonun siyasi dairələri tərəfindən Vladimir Putinlə yaxınlıqda və Gürcüstanda vəziyyəti Rusiyanın lehinə çalxalamaqda ittiham olunub. Bidzina İvanişvili siyasətdən qaçmaqla sərvətini qorumağa çalışır.
Vaşinqtonda yaşayan, Rusiya və Putinə bağlı dairələrə qarşı sanksiyaların hazırlamasında birbaşa iştirak etmiş rusiyalı politoloq Andrey Piontkovskinin sözlərinə görə, Putinin özü də daxil olmaqla onunla yaxın münasibəti olan oliqarxların sərvətlərinin üzə çıxarılaraq, əllərindən alınması gözlənilir. “CİA anlayır ki, insanın yumşaq yerindən yapışmaqla onun bütün bədənini hara istəsən sürükləyə bilərsən” deyə Piontkovski bildirib.
Bidzina İvanişvili siyasətdən getdikdən sonra Mixail Saakaşvilinin Gürcüstanı yenidən nəzarətinə alacağına isə şübhə ola bilməz”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …